Şəhər haqqında

Naftalan şəhəri Bakıdan 330 km qərbdə, Goran Dəmir yolu stansiyasından 18 km aralı, Kiçik Qafqaz dağlarının dağətəyi düzənliyində, dəniz səviyyəsindən isə 250-300 metr yüksəklikdə yerləşir. Yayı isti, qışı yumşaqdır. Orta illik temperaturu 14.8 dərəcədir. Küləyin hərəkət sürəti 5.0 m/san-dir. Ərazisi 3572.62 hektar, əhalisi isə 9398 nəfərdir.  Naftalan şəhərinin tərkibində iki kənd və bir şəhər mövcuddur. Şəhərdə yalnız “Naftalan” ictimai-siyasi qəzeti nəşr olunur və 1 məscid fəaliyyət göstərir.

Son illər Naftalan şəhərində sahibkarlığın inkişafı üçün yeni kurort müalicə müəssisələrinin yaradılması ilə əlaqədar geniş tədbirlər həyata keçirilir.  Şəhərdə 2005-2012-ci illərdə sahibkarlar tərəfindən hər birinin tutumu 200-350 nəfərlik olan   “Naftalan  Müalicə və Sağlamlıq Mərkəzi” MMC, “Möcüzəli Naftalan” MMC, “Sehrli” Naftalan MMC, “Çinar Hotel & Spa Naftalan” və “Qaşaltı” sanatoriya  sağlamlıq - turizm mərkəzləri, 25 çarpayılıq Əlillərin Bərpa Mərkəzi inşa olunmuş və hazırda fəaliyyət göstərir. Şəhər ərazisində 3 ədəd tam orta məktəb, 1 ədəd 7 illik uşaq musiqi məktəbi, şəhər Peşə məktəbi, Mədəniyyət Evi  və sairə sosial obyektlər fəaliyyət göstərir




Baxılıb: 17393