Şəhər haqqında

Sumqayıt şəhəri 22 noyabr 1949-cu ildə yaradılmışdır. Şəhərin ərazisi 86,0 кv.кm, əhalisi 325 min nəfərdir. Hacı Zеynalabdin və Cоrat qəsəbələri vardır.

Sumqayıt respublikada sənaye şəhəri kimi tanınmaqdadır. Şəhərin sənaye strukturunа kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, еlеktrоеnеrgеtikа, yeyinti və yüngül sənaye, tikinti mаtеriаllаrı istehsalı müəssisələri daxildir. Şəhərin sənaye müəssisələrində istehsal olunan məhsullar dünyanın bir çox dövlətlərinə əsasən Çin, Türkiyə, İran, Rusiya və digər MDB ökələrinə göndərilir.

Sumqayıtda 48 orta ümumtəhsil məktəbi, 3 kollec, 1 universitet və 1 institut, 14 dövlət xəstəxanası, 3 özəl xəstəxana, 5 diaqnostika mərkəzi, 15 dövlət ambulator poliklinikası, 1 özəl ambulator poliklinika, 1 təcili tibbi yardım stansiyası, 8 mədəniyyət evi, 4 klub, 11 kitabxana, 2 muzey, 1 teatr fəaliyyət göstərir.

Şəhərdə 2 futbol stadionu, 2 olimpiya kompleksi, 14 idman qurğuları kompleksi, 4 üzgüçülük hovuzu, 19 bədən tərbiyəsi-sağlamlıq mərkəzi, 1 şahmat klubu, 15 aerobika-trenajor zalı, 11 atıclıq tiri, təhsil ocaqlarında isə 123 idman zalı fəaliyyət göstərir.

Sumqayıtda Nəsimi adına dənizkənarı park, Heydər Parkı və Bayraq meydanı  mövcuddur.

Sumqayıt inzibati rayonu Xəzər dənizinin qərb sahilinin 32 kilometrlik boyunca düzənlik sahədə yerləşmişdir. İnzibati rayonunun ərazisi Abşeron yarımadasında 9495 hektar təşkil edir. Torpağı günəşli, iqlimi quru, yarımsəhradır.

Küləkli günlərin sayı ildə 200-ə və küləyin sürəti adətən 5-20 m/san arasında dəyişilir. Şəhər ərazisindən Sumqayıt çayı axır. Havanın ən aşağı temperaturu – 13oS yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə + 40 o S avqust ayında qeydə alınmışdır. Havanın illik orta tempraturu +14,4oS-dir. Yay fəsli dövründə torpağın səth temperaturu + 60oS qədər çatır. Yağıntılar əsasən payız-qış mövsümlərində olur. Yaz və yay ayları quraqlıq olur. İldə 247 mm yağıntı düşür. Ərazidə şimal küləyi çox, cənub küləyi isə az müşahidə edilir.  Sumqayıt şəhərinin cənub hissəsindən «Samur-Abşeron» kanalı keçir. Bu kanalın suyu «Ceyranbatan Su Anbarı» hövzəsinə tökülür. Çay həmişə quru olur, yalnız aprel və may aylarında güclü küləkdən sonra su ilə dolur. Rayon ərazisində təbii bitki örtüyü əsasən yarımsəhra xarakterli yovşan və bataqlıq otundan ibarətdir. Şəhər kənarında çöl heyvanları – tülkü, çaqqal, dovşan, canavar və quşlar - ördək, göyərçin, sığırçın və s. vardır. Şəhər insanların qayğılı əlləri ilə salınmış parklarla əhatə olunur. Sumqayıtlıların öz doğma şəhərlərinə olan sevgisi şəhəri yaşıl bağa çevirmişdir.




Baxılıb: 5307