Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.
Əhalisi 01 yanvar 2013-cü ilə tarixə 184,9 min nəfərdir, onlardan 145,7 min nəfəri məcburi köçkündür. Onlar respublikanın 62 şəhər və rayonlarında müvəqqəti məskunlaşmışlar.
Rayonun ərazisi olan 1094 kvadrat km-dən 61,8 faizi və ya 687 kvadrat km 23 iyul 1993-cü ildə işğal olunub.
İşğal altında 1 şəhər, 1 qəsəbə, 82 kənd qalıb.
Hal-hazırda işğal olunmayan ərazidə 1 qəsəbə, 44 kənd və 17 məcburi köçkün qəsəbəsində 90 min nəfər əhali yaşayır.
Rayonda 142 ümumi təhsil , 2 orta ixtisas, 2 peşə məktəbi, 33 məktəbdən kənar uşaq müəssisəsi, 13 mədəniyyət evi, 14 klub, 1 teatr, 4 muzey, 14 səhiyyə müəssisəsi fəaliyyət göstərir.
İşğal nəticəsində 27 sənaye obyektləri, 29 kənd təsərrüfatı obyektləri, 5 maldarlıq təsərrüfatları, 57 rabitə obyektləri, 120 səhiyyə müəssisələri, 114 tədris müəssisələri, 108 mədəniyyət müəssisələri, 16 məscid tamamilə dağıdılmışdır.
Son hesablamalara görə işğal nəticəsində Ağdam rayonuna 16,9 milyard ABŞ dolları ziyan dəymişdir.
Baxılıb: 1557