Qalereya

2023-cü il üzrə statistik məlumat

2023-cü ilin yanvar-aprel ayları 

/img/gallery/100x100/2023_06_09_12_14_23_25df.png
  1. 2023-cü il üzrə statistik məlumat..

26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun  müvafiq tapşırıq və göstərişinə uyğun olaraq 26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlar ilə birlikdə bir sıra silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

 

  • Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə müvafiq mətnli SMS bildirişin (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və bilrikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xət:802) ölkə üzrə fəaliyyət göstərən mobil rabitə operatorları tərəfindən abunəçilərə göndərilməsi;
  • Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Dövlət Komissiyasının İşçi Qrupu arasında imzalanmış tədbirlər planının 10-cu bəndinə müvafiq olaraq, “Daha sağlam gələcək naminə!” devizi altında tanınmış şəxslərin, elm və mədəniyyət xadimlərinin, ziyalıların, hərbçilərin, idmançıların, gənclərin iştirakı ilə yürüş marafonu və mədəni-kütləvi konsert proqramının keçirilməsi;
  • Dövlət Komissiyasının İşçi Qrupu ilə Azərbaycan Gənclər Fondu arasında imzalanmış tədbirlər planına 5-ci bəndinə müvafiq olaraq, ölkə üzrə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 1000 nəfərdən çox olduğu şəhər və rayonlarda silsilə tədbirlərin, təlimlərin və görüşlərin keçirilməsi;
  • Dövlət Komissiyasının İşçi Qrupu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanmış tədbirlər planının 3-cü bəndinə müvafiq olaraq, ümumtəhsil müəssisələrində maarifləndirici görüşlərin təşkili;
  • tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə ali, orta ixtisasvə peşə təhsili müəssisələrində “Biz sağlam gələcəyi seçirik” mövzusunda seminarların və ictimai mühazirələrin təşkil edilməsi;
  • Azərbaycan RespublikasıDaxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin elektron informasiyatablolarında “Narkomanlığa birlikdə yox deyək” şüarının nümayişi;
  • maarifləndirici videoçarxların Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında olan monitorlarda və metro stansiyalarında nümayişi;
  • Dövlət Komissiyasının 2023-cü ilə dair İş Planının 27-ci bəndinə müvafiq olaraq, şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar tərəfindən  aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutları cəlb edilməklə tədbirlərin keçirilməsi;
  • həyata keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində və o cümlədən sosial şəbəkələrdə geniş işıqlandırılmasını təmin ediləcəkdir.

 

/img/gallery/100x100/2023_06_09_11_18_59_a667.jpg
  1. 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanun..

Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim keçirildi

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində təlim təşkil edilmişdir.

Mədəniyyət Nazirliyinin Ağdaş Regional Mədəniyyət İdarəsinə tabeli müəssisələrinin mütəxəsislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

/img/gallery/100x100/2023_06_09_09_27_50_c6e8.JPG
  1. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim ke..

  2. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim ke..

  3. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim ke..

  4. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim ke..

  5. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim ke..

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Saatlı rayonunda tədbir təşkil edilmişdir.

26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və  Saatlı  rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Saatlı rayon Gənclər Evində maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.

Tədbirdə, Saatlı rayon İcra Hakimiyyətinin şöbə müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupun məsul əməkdaşı, rayon üzrə komissiyanın nümayəndələri, Mərkəzi Xəstəxananın direktoru, məktəb direktorları, məktəblərin təlim-tərbiyə üzrə direktor müavinləri və yuxarı sinif şagirdləri iştirak etmişdir.

Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2023_06_09_09_07_41_2766.jpg
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Saatlı..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Saatlı..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Saatlı..

  4. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Saatlı..

  5. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Saatlı..

Sabunçu Gənclər Evində "Sağlam gələcək naminə narkotikə yox deyək" mövzusunda tədbir keçirildi.

Bakı şəhər Gənclər  və İdman  Baş İdarəsi və Dövlət Komissiyasının İşçi Qrupununu birgə təşkilatçılığı ilə aidiyyəti qurumların nümayəndələri cəlb edilməklə Sabunçu Gənclər Evində "Sağlam gələcək naminə narkotikə yox deyək" mövzusunda tədbir keçirilmişdir.

Tədbir çərçivəsində narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, yeni növ psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumatlar verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2023_06_08_16_55_33_a70d.jpg
  1. Sabunçu Gənclər Evində "Sağlam gələcək naminə narkotikə..

  2. Sabunçu Gənclər Evində "Sağlam gələcək naminə narkotikə..

  3. Sabunçu Gənclər Evində "Sağlam gələcək naminə narkotikə..

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Sabirabad rayonunda tədbir təşkil edilmişdir.

26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və  Sabirabad  rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Yeni Azərbaycan partiyasının inzibati binasında maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.

Tədbirdə, Sabirabad rayon İcra Hakimiyyəti Başçısının I müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupun məsul əməkdaşı, rayon üzrə komissiyanın nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rayon üzrə nümayəndəsi, məktəb direktorları, məktəblərin təlim-tərbiyə üzrə direktor müavinləri iştirak etmişdir.

Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.

 

 

/img/gallery/100x100/2023_06_08_15_37_25_54ba.JPG
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Sabira..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Sabira..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Sabira..

  4. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Sabira..

  5. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Sabira..

“Biz sağlam gələcəyi seçirik” mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirilmişdir

Cari ilin 07 iyun tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Bakı şəhəri Sabunçu rayonu 90 saylı tam orta məktəbdə “Biz sağlam gələcəyi seçirik” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Bakı şəhər İcra Hakimiyyətinin və Bakı şəhər üzrə Narkoloji Mərkəzinin çıxış edərək, şagirdlərə narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən  asudə vaxtın səmərəli təşkil olunması barədə  ətraflı məlumatlar vermişdir.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı əyani vəsaitlər iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2023_06_07_16_32_37_8595.JPG
  1. “Biz sağlam gələcəyi seçirik” mövzusunda şagirdlərlə ma..

  2. “Biz sağlam gələcəyi seçirik” mövzusunda şagirdlərlə ma..

  3. “Biz sağlam gələcəyi seçirik” mövzusunda şagirdlərlə ma..

  4. “Biz sağlam gələcəyi seçirik” mövzusunda şagirdlərlə ma..

  5. “Biz sağlam gələcəyi seçirik” mövzusunda şagirdlərlə ma..

  6. “Biz sağlam gələcəyi seçirik” mövzusunda şagirdlərlə ma..

  7. “Biz sağlam gələcəyi seçirik” mövzusunda şagirdlərlə ma..

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Pirallahı rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 67 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

/img/gallery/100x100/2023_06_07_14_56_44_6c99.JPG
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

  2. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

  3. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

  4. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

  5. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

  6. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

  7. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

  8. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Yasamal rayonunda maarifləndirici tədbir keçirimişdir.

Cari ilin 06 iyun tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Bakı şəhəri Yasamal rayonun 52 saylı tam orta məktəbində “26 iyun- Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqadar  maarifləndirici tədbir keçirimişdir.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Bakı şəhər İcra Hakimiyyətinin və Bakı şəhər üzrə Narkoloji Mərkəzinin nümayəndələri iştirak etmişlər.

Şagirdlərə narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən  asudə vaxtın səmərəli təşkil olunması barədə  ətraflı məlumat verilmişdir.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2023_06_07_10_06_30_b91f.jpg
  1. Yasamal rayonunda maarifləndirici tədbir keçirimişdir...

  2. Yasamal rayonunda maarifləndirici tədbir keçirimişdir...

  3. Yasamal rayonunda maarifləndirici tədbir keçirimişdir...

  4. Yasamal rayonunda maarifləndirici tədbir keçirimişdir...

  5. Yasamal rayonunda maarifləndirici tədbir keçirimişdir...

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun ayrı-ayrılıqda Salyan, Biləsuvar, Masallı, Lənkəran  və Yardımlı şəhər-rayon komissiyaları ilə birgə təşkilatçılığı əsasında qeyd olunan rayonlarda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyaları tərəfindən ümumilikdə 197 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorları yandırılma yolu məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesləri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

/img/gallery/100x100/2023_06_05_15_15_39_73a1.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

ADU-da “Biz sağlam gələcəyi seçirik!” mövzusunda tədbir keçirilib

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.17-ci bəndinə müvafiq olaraq, Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsinin nəzdində Xarici ölkələr ədəbiyyatı kafedrasında antinarkomaniya mövzusunda tələbələr üçün “Biz sağlam gələcəyi seçirik!” adlı ictimai mühazirəkeçirilmişdir.

Tədbirdə Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsinin nəzdində Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Bioloji ekspertiza şöbəsinin rəisi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə ətraflı zəruri məlumatlar vermişdir.

 

/img/gallery/100x100/2023_05_30_10_09_08_02f0.jpg
  1. ADU-da “Biz sağlam gələcəyi seçirik!” mövzusunda tədbir..

  2. ADU-da “Biz sağlam gələcəyi seçirik!” mövzusunda tədbir..

  3. ADU-da “Biz sağlam gələcəyi seçirik!” mövzusunda tədbir..

  4. ADU-da “Biz sağlam gələcəyi seçirik!” mövzusunda tədbir..

Sağlam gələcəyimiz naminə... - VİDEO

Əsrin bəlasına birlikdə “yox!” deyək”

Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib və bununla əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən  2019–2024-cü illər üçün  22 iyul 2019-cu il tarixində Dövlət Proqramı təsdiq edilib.

Dövlət Proqramından irəli gələn vəzifələri yerinə yetirmək məqsədilə Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün Tədbirlər Planı işlənib hazırlanıb.

Tədbirlər Planına uyğun olaraq 2023-cü ilin aprel və may ayları ərzində ölkə üzrə narkomanlıqla mübarizə sahəsində ictimai maarifləndirmə tədbirlərini gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici bukletlər, yaddaş kitabçaları paylanılıb, müəyyən izahatlar verilib.

/img/gallery/100x100/
  1. Sağlam gələcəyimiz naminə... - VİDEO..