Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində mayın 24-də narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında təbliğat işinin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu barədə ətraflı məlumatlar verilib.
Sonda Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində mayın 24-də 15 saylı cəzaçəkmə müəssisəsində məhkumlar üçün “Narkotik vasitələrin, həmçinin narkomanlığın insanların sağlamlığına, insan orqanizminə məhvedici təsiri və cəmiyyətə ziyanı” mövzusunda tədbir keçirilib.
Tədbirdə narkotik vasitələrin və narkomanlığın ailədə, cəmiyyətdə və insan sağlamlığında doğurduğu mənfi hallar, həyata keçirilən dövlət siyasəti və maarifləndirmə işləri barədə mühazirələr oxunub, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında məlumatlar verilib.
Sonda məhkumları maraqlandıran suallar cavablandırılıb və Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.
Сari ilin yanvar-aprel ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3961 cinayət faktı aşkarlanmışdır. Onlardan 1438-i narkotik vasitələrin qanunsuz satışı, 2449-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 40-ı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 34-ü isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 492 kq 318,738 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 221 kq 912,132 qr-nıheroin, 608 kq 660,958 qr-nı marixuana, 155 kq 614,521 qr-nı tiryək, 5 kq 047,191 qr-nı həşiş, 198,940 qr-nı kokain, 496 kq 577,179 qr-nı psixotrop maddələr, 4 kq 860,817 qr-nı, isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 7286 ədəd metadon və 16747 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2353 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 36 nəfəri xarici ölkə vətəndaşıdır.
Onların 17-si İran İslam Respublikası, 9-u Rusiya Federasiyası, 6-sı Türkiyə, 3-ü Gürcüstan,1-Ukrayna vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 576 kq 717,042 müxtəlif növ narkotik vasitə, 325 kq 863,92 qr psixotrop maddələr və 1,125 qr güclü təsir edən maddə götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 69 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 829 kq 399,122 qr, 7286 ədəd həb müxtəlif növ narkotik vasitələr, 331 kq 750,628 qr psixotrop maddələr və 108 həb, 2048 ədəd kapsul güclü təsir edən maddə çıxarılmışdır.
2022-ci ilin ötən 4 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 2 ton 492 kq 318,738 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 78 milyon AZNkimi qiymətləndirilir.
Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 25632 nəfər istiqamətləndirilmişdir.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1095 nəfərindən 793-nün istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Hesabat dövründə “802” qaynar xətt telefon zəng xidmətinə 671 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 75-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 269-u narkotik asılılıqdan müalicə, 327-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 347 məktub ünvanlanmışdır.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu
2022-ci il mayın 20-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetində növbəti görüş keçirilmişdir.
Tədbirdə cari ilin yanvar-aprel ayları ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən işlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov çıxış edərək qeyd etmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyəti ciddi şəkildə artmış, institusional sistemin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmış, problemlə mübarizənin gücləndirilməsi, cəza tədbirlərinin səmərəliliyinin artırılması və eyni zamanda narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə icbari narkoloji müayinələrin keçirilməsi üçün qanunvericilik bazası təkmilləşdirilmiş, dövlətin, vətəndaş cəmiyyəti təşkilatlarının və kütləvi informasiya vasitələrinin səylərinin birləşdirilməsi istiqamətində aparılan işlərin səmərəliliyinin daha da yüksəldilməsi üçün müvafiq zəruri tədbirlər görülmüşdür.
Bununla yanaşı Komissiyanın sədri ölkə ərazisində hüquq mühafizə orqanları tərəfindən 2022-ci ilin yanvar-aprel ayları ərzində 3961 cinayət faktı üzrə 2 ton 492 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması, müsadirə edilmiş narkotik vasitələrin və psixotrop maddələrin 829 kq kiloqramı ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işlərinin istintaqı nəticəsində 2353 nəfər nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 36 nəfərinin xarici ölkə vətəndaşı olması, ümumilikdə hesabat dövründə müsadirə olunan narkotik vasitələrin dəyərinin 78 milyon AZN kimi qiymətləndirilməsi barədə məlumatları iclas iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra son dövrlərdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması, ölkəyə gətirilməsi və istifadəsi ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilib, bu cür halların qarşısının alınması üçün antinarkotik təbliğatınsistemli şəkildəmüasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, televiziya kanallarının və sosial şəbəkələrin imkanlarından istifadə edilərək müvafiq işlərin görülməsininvacibliyi vurğulanmışdır.
Tədbirdə Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov cari ilin yanvarr-aprel ayları ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərə dair aparılan monitorinqin nəticələri barədə məlumat vermiş, Milli Məclisin deputatı, Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Aslan Aslanov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov, Real Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev, "Xəzər TV MMC"-nin baş direktoru Murad Dadaşov, "Azad Azərbaycan Teleradio Yayım Şirkəti"nin rəhbəri Azər Xəlilov, Space Müstəqil Teleradio şirkətinin direktoru Müşfiq Hətəmov, ARB TV-nin direktoru Radik İsmayılov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edilən təşəbbüsləri dəstəkləyərək, narkomanlığa qarşı mübarizənin maarifləndirmə yolu ilə də aparılmasının əhəmiyyətini nəzərə alaraq kütləvi informasiya vasitələri tərəfindən daha da geniş işıqlandırılmasının zəruriliyi barədə çıxış etmişlər.
Görüşün yekunu olaraq, tanınmış ictimai, incəsənət və idman ustalarının iştirakı ilə mövzuya həsr olunmuş təbliğat xarakterli kütləvi tədbirin təşkil edilməsi,narkomanlığın yayılma dərəcəsinin və miqyasının dəqiqləşdirilməsi məqsədilə sosial araşdırmaların aparılması, effektiv və təsirli yeni sosial çarxların hazırlanaraq kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə geniş işıqlandırılması, psixoaktiv maddələrdən istifadənin risk amilləri, insan sağlamlığına, ailə dəyərlərinə zərərli təsiri və problemin mahiyyətini ifadə edən xüsusi verilişlərin təşkil edilməsinin davam etdirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilmiş və qərarlar qəbul edilmişdir.
Carı ilin 20 may tarixində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Ağdaş rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə narkomanlıq probleminə dair tədbir keçirilmişdir.
Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı Rayon Gənslər və İdman idarəsi, Təhsil Şöbəsi, Polis Şöbəsi, Ağsaqqallar Şurasının nümayəndələri və rayon üzrə müvafiq komissiyanın üzvləri iştirak edib.
Çıxışçılar tərəfindən təqdimat əsasında slaydlarla narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumat verib.
Tədbirdən sonra rayon üzrə müvafiq komissiyanın üzvləri ilə görüş və təşkilatı tədbir keçirilib, müzakirələr aparılıb, onlara metodiki köməklik göstərilməklə yanaşı, zəruri əyani təbliğat materialları təqdim olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb. Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Yevlax rayonunda maarifləndirmə xarakterli tədbir təşkil olunub
Tədbirdən öncə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə görüş vətəşkilatı tədbirkeçirilib, müzakirələr aparılıb, onlara metodiki köməklik göstərilməklə yanaşı, zəruri əyani təbliğat materialları təqdim olunub.
Yuxarı sinif şagirdləri, məktəb psixoloqları və müəllim kollektivi ilə keçirilən tədbirdə rayon Prokuroru, Təhsil və Polis Şöbəsinin əməkdaşları, Gənclər İdman baş İdarəsinin rəisi, həkim narkoloq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri həmçinin rayon üzrə yerli komissiyanın üzvləri iştirak edib.
Məruzəçilər tədbir iştirakçılarına narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib.
Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı tərəfindən təqdimat əsasında slaydlarla narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumat verib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara təqdim olunub.
Carı ilin 19 may tarixində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Zərdab rayonunda maarifləndirmə xarakterli tədbir keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Zərdab rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Zərdab rayon Yeni Azərbaycan Partiyasının sədri, rayon Prokuroru, Təhsil və Polis Şöbəsinin əməkdaşları, Gənclər İdman baş İdarəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Qeyri-Hökümət təşkilatların nümayəndələri həmçinin rayon üzrə müvafiq komissiyanın üzvləri iştirak edib.
Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumat verib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində carı ilin 18 may tarixində Ucar rayonunda tədbirlər keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə rayon üzrə komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki köməklik göstərilərək, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.
Bundan əlavə, rayon komissiyasının sədri və üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonun təhsil şöbəsinin nümayəndələrinin iştiraki ilə narkomanlıq probleminə dair maarifləndirmə xarakterli tədbir keçirilib və narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə iştirakçılara zəruri məlumatlar verilmişdir.
Sonda treninq iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı əyani vəsaitlər və narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün “Metodik Tövsiyələr” adlı kitabça təqdim edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu ilə Azərbaycan Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq, Abşeron rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində Abşeron rayon Mədəniyyət Evində “Həyatla oyun” tamaşası nümayiş etdirilib.
Gənclər arasında antinarkotik təbliğat işinin daha da təsirli metodlarla təşkili məqsədilə Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında canlandırılan və əsasən maarifləndirmə məqsədi daşıyan tamaşada narkotik vasitələrdən sui-istifadənin fəsadları, narkotik vasitə istifadəçilərinin həyat tərzi əks olunub. Ssenaridə əsasən, kiçik yaşlarında övladlarının təlim-tərbiyəsinə laqeyd qalan valideynlər və uşaqların zərərli vərdişlərə qarşı maarifləndirilməməsi qabardılıb.
Tamaşa gənclərin marağına səbəb olub və alqışlarla qarşılanıb.
Zəngilan rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Sektor Müdiri, Narkotizmlə Mübarizə İctimai Birliyinin İcraçı Direktoru, Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi, Zəngilan rayon 33№li və 29№li tam orta məktəblərin şagirdləri, müəllimləri, 29№li tam orta məktəbin psixoloqu, həmin məktəbin Uşaq İctimai Birliyinin sədri və digər idarə müəssisələrin əməkdaşları iştirak etdilər.
Dövlət Komissiyasının Sektor Müdiri çıxış edərək narkotik asıllığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asıllıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedoqoqun və fənn müəlliminin, psixloqların bu probləmə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələr barədə geniş məlumat vermişdir. Daha sonra digər natiklər də mövzu ətrafında çıxış ediblər.
Sonda narkomaniya və onun törətdiyi fəsadlardan bəhs edən “Narkomaniyaya yox de” videoçarx nümayiş olunub və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edilmişdir.
Kürdəmir rayon Heydər Əliyev Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində tədbirlər keçirilib.
Tədbirdən öncə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki köməklik göstərilməklə yanaşı, zəruri əyani təbliğat materialları təqdim olunub.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Kürdəmir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon Gənslər və İdman idarəsi, Təhsil Şöbəsi, Polis Şöbəsi, Ağsaqqallar Şurasının nümayəndələri və rayon üzrə müvafiq komissiyanın üzvləri iştirak edib.
Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı tərəfindən təqdimat əsasında slaydlarla narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumat verib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.33-cü bəndinə müvafiq olaraq, Müdafiə Nazirliyi ilə Dövlət Komissiyasının İşçi Qrupunun birgə əməkdaşlığı çərçivəsindəəsasən maarifləndirmə funksiyasını yerinə yetirən “Həyatla oyun” tamaşasının Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə nümayişi təşkil edilib.
Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında canlandırılan və əsasən maarifləndirmə məqsədi daşıyan tamaşada narkotik vasitələrdən sui-istifadənin fəsadları, narkotik vasitə istifadəçilərinin həyat tərzi əks olunub. Ssenaridə əsasən, kiçik yaşlarında övladlarının təlim-tərbiyəsinə laqeyd qalan valideynlər və uşaqların zərərli vərdişlərə qarşı maarifləndirilməməsi qabardılıb.
Tamaşa iştirakçıların marağına səbəb olub və alqışlarla qarşılanıb.
Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində na..
Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində n..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanl..
Ağdaş rayonunda narkomanlıq probleminə dair tədbir keçi..
Yevlax rayonunda maarifləndirmə xarakterli tədbir təşki..
Zərdab rayonunda maarifləndirmə tədbiri keçirilib..
Ucar rayonunda maarifləndirici tədbirlər keçirilib..
Abşeron rayonunda narkomanlıqla mübarizəyə dair tamaşa ..
"Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici t..
Kürdəmir rayonunda narkomanlığa qarşı mübarizə işinin t..
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə maari..