
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, Müdafiə Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə aidiyyəti qurumları cəlb etməklə N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib.
Tədbirlərdə Komissiyanın İşçi Qrupu rəhbərinin müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu mövzu ətrafında çıxışlar edərəknarkotik maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri, o cümlədən profilaktik tədbirlərə dair fəaliyyət planı və narkotik vasitələrin qəbuluna şübhə yarandığı halda ekspress-diaqnostikanın aparılması barədə zəruri məlumatlar verilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və digər zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Zəngilan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9 və 36 nömrəli məktəbin şagirdləri üçün maarifləndirmə tədbiri təşkil edilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının baş məsləhətçisi Şahin İsmayılov; Zəngilan rayon Polis Şöbəsinin- Cinayət-axtarış qrupunun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Bərxudar Şıxəliyev; Zəngilan rayon Gənclər və İdman idarəsinin rəisi Zakir Məmmədov; Zəngilan rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nərmin Hüseynzadə; Zəngilan Rayon İcra hakimiyyətində məsləhətçi–psixoloq Mətanət Həsənova; Zəngilan rayon 9 və 36 nömrəli məktəbin şagirdləri, məktəblərin psixoloqları iştirak etdilər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub. Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır. Sonda şagirdləri maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsi 309 nömrəli tam orta məktəbdə antinarkotik təbliğat istiqamətində "Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə məlumatlandırma xarakterli görüş keçirildi.
Tədbir çərçivəsində narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib.
Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.23-cü və 4.4.24-cü bəndlərinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı çərçivəsində qeyri-hökumət təşkilatlarının əməkdaşlarına təlim keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini və baş məsləhətçisi tərəfindən narkomaniya ilə mübarizə yolları və nəticələri barədə ətraflı məlumat verilib. Müvafiq mövzuda maarifləndirmə işlərinin düzgün aparılmasının vacibliyi vurğulanıb, yetkinlik yaşına çatmayan uşaqlara narkomaniya haqqında məlumat verilməsinin həssasılığından danışılıb.
Təlim çərçivəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça iştirakçılara təqdim edilmişdir.
Dekabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və partiyanın Pirallahı rayon təşkilatının birgə təşəbbüsü ilə “Gələcəyimizi ağ ölümdən xilas edək!” mövzusunda tədbir keçirilib.
Pirallahı Gənclər Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması üçün zəruri şərtlərdəndir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Onun sözlərinə görə, Azərbaycanda narkomaniyaya qarşı sistemli mübarizə aparılır.
Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, tədbir dövlətimizin başçısının təsdiq etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq keçirilir. Onun sözlərinə görə, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Gənclərin bu kimi mənfi vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir.
Pirallahı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyanın sədri Vəzir Səfixanov çıxış edərək rayonda bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Tədbirdə, həmçinin Pirallahı rayon polis şöbəsinin rəis müavini, polkovnik-leytenant Elman Kazımov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Şahin Verdiyev və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı Vasif Quliyev çıxış edərək narkomaniyanın fəsadlarından bəhs edib, bu bəla ilə mübarizənin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, yeniyetmə və gənclərimizin təlim-tərbiyəsi, elmə, təhsilə və idmana marağının artırılması da onların zərərli vərdişlərdən uzaqlaşmalarında vacib amildir. Vurğulanıb ki, narkotik maddələrdən asılılıq insanın ailəyə, cəmiyyətə bağlılığını azaldır və nəticədə onu cəmiyyət üçün faydasız fərdə çevirir. Cəmiyyətlə şəxsiyyət arasındakı əlaqənin pozulması təkcə onun özünə deyil, həm də ətrafına mənfi təsir göstərir. Buna görə də gələcəyimiz olan gənclər narkomaniyanın nə qədər zərərli, təhlükəli olduğunu bilməlidirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Cari ilin yanvar-noyabr ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 2009 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 252-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 776-sı narkotik asılılıqdan müalicə, 981-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur.
Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün operativ şəkildə aidiyyəti orqanlara 1028 məktub ünvanlanmış və nəticə olaraq 776 nəfərnarkotik asılılıqdan müalicə ilə əlaqədar ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar vətəndaşlar tərəfindən verilən məlumatlar əsasında 187 fakt üzrə cinayət işi açılmış, 50 məlumat üzrə keçirilmiş tədbirlər nəticəsində fakt öz təsdiqini tapmamış, 15 müraciət istiqamətində hazırda əməliyyat tədbirləri davam etdirilir.
Eyni zamanda ötən ilin müvafiq dövrü ilə müqayisədə qaynar xətt zəng xidmətinə 1071 vətəndaş müraciəti daha çox daxil olmuşdur. Onlardan 63-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 502-si könüllü müalicə, 506-sı isə sifahi xarakterli müraciətlər ilə bağlı olmuşdur.
Bundan əlavə “802” qaynar xəttinə müraciət edənlər arasında aparılan müvafiq sorğu nəticəsində müəyyən edilmişdir ki, telefon zəng xidmətinin əlaqə nömrəsi əsasən televiziya kanalları vasitəsilə, o cümlədən metro stansiyalarında və digər ictimai yerlərdə mütəmadi olaraq yayımlanan video çarxlardan və sosial lövhələrdən əldə edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, Müdafiə Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə aidiyyəti qurumları cəlb etməklə N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib.
Tədbirlərdə Komissiyanın İşçi Qrupu rəhbərinin müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu mövzu ətrafında çıxışlar edərəknarkotik maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri, o cümlədən profilaktik tədbirlərə dair fəaliyyət planı və narkotik vasitələrin qəbuluna şübhə yarandığı halda ekspress-diaqnostikanın aparılması barədə zəruri məlumatlar verilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və digər zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclas qərarına müvafiq olaraq təbliğat və maarifləndirmə işlərinin dahada gücləndirilməsi, davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirləlin qiymətləndirilməsinin icra vəziyyətinin öyrənilməsi məqsədilə Gədəbəy rayonunda dəyirmi masa təşkil olunub.
Tədbirdə müvafiq dövr ərzində qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar görülmüş işlərə dair hesabatlar dinlənilmiş, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlığını təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərinin görülməsi və bu sahədə fəaliyyət göstərən qurumların qarşılıqlı əməkdaşlığı ilə koordinasiya işlərinin təşkil edilməsi istiqamətində müzakirələr aparılmış lazımi metodiki tövsiyələr və köməkliklər göstərilmişdir.
Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları həmçinin, elektron daşıyıcılarda təbliğat materialları təqdim edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyində təlim keçirilib.
Təlimdə İşçi Qrupunun əməkdaşı çıxış edərək könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat vermiş və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.
Sonda tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış sertifikatlar, “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və digər zəruri təbliğat materialları təqdim edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Sabunçu rayonu Pirsağı qəsəbəsi 112 nömrəli tam orta məktəbdə antinarkotik təbliğat istiqamətində "Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə məlumatlandırma xarakterli görüş keçirildi.
Tədbir çərçivəsində narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib.
Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Gənclər arasında narkomaniya və narkomanlığa qarşı təbliğat işlərini gücləndirmək, gənclərin qarşılaşa biləcəkləri risklər barədə onları məlumatlandırmaq, onları bu bəladan müdafiə etmək və sağlam həyata motivasiyalarını daha da gücləndirmək məqsədilə “Gələcəyini düzgün qur” şüarı altında “Sabunçu Gənclər Evi”ndə forum təşkil edildi.
Forumda Milli Məclisin deputatı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsindən, Ombudsman Aparatından, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən nümayəndələr və gənclər iştirak ediblər.
Çıxışlardan sonra forumda iştirak edən gənclər, onları maraqlandıran müxtəlif suallarla bağlı cavablar aldılar.
Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun "Xəlçətən Qobu" adlanan ərazisində yabanı halda bitmiş 6380 ədəd, ümumi çəkisi 4 ton 200 kq narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində növbəti m..
"Narkomaniyaya birlikdə yox deyək!” mövzusunda maariflə..
"Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə növb..
Peşəkarlığın yüksəldilməsi və təcrübə mübadiləsi məqsəd..
Pirallahıda “Gələcəyimizi ağ ölümdən xilas edək!” mövzu..
Carı ilin yanvar-noyabr ayları ərzində “802” qaynar xət..
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maariflən..
Gədəbəy rayonunda dəyirmi masa təşkil olunub...
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayən..
"Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə növb..
“Gələcəyini düzgün qur” şüarı altında forum keçirildi..
Balakən rayonu ərazisində 4 ton 200 kiloqram yabanı hal..