Carı ilin 14 dekabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Xəzər Rayon İcra Hakimiyyətinin və Xəzər rayonu 123 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirin girişində narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film nümayiş olunmuşdur.
Tədbirdə, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının I müavini, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən, İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin məsul əməkdaşı, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin direktor müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşı, Bakı Şəhər üzrə Təhsil İdarəsinin, o cümlədən Xəzər rayon Polis İdarəsinin, Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Məhkəmə orqanının rəhbər işçiləri iştirak edərək mövzu ətrafında iştirak etmişlər.
Məruzəçilər tədbir iştirakçılarına narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib.
Həmçinin narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda iştirakçılara narkotiklərin insan orqanizminə məhvedici təsiri və törətdiyi sosial bəlalar, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılmasının qarşısının alınması barədə ətraflı məlumatlar verilmişdir. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulandı.
Məruzələr ətrafında aparılan müzakirələr müəllim və şagirdlər tərəfindən maraqla qarşılanıb. Tədbirdə şagirdlərin narkomaniyaya qarşı mübarizə ilə bağlı sualları ekspertlər tərəfindən cavablanırılıb.
Eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb.
Cari ilin 13 dekabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Suraxanı Gənclər evinin birgə təşkilatçılığı ilə “Gələcəyimizi birlikdə düşünək, narkotik vasitələrə yox deyək” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir.
Tədbirdə Suraxanı rayon Polis İdarəsinin rəisi, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndələri mövzu ərafında çıxış edərək, gənclərə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.
Bundan əlavə, tədbirin ikinci hissəsində “Narkotik asılılıq və onun fəsadları” mövzusunda iştirakçılara təlim keçirilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Carı ilin 13 dekabr tarixində Xəzər rayon 117 və 121 saylı tam orta məktəblərində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı şəhər üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirlərdə, Dövlət Komissiyasının İşçi Qrupunun, Bakı şəhər üzrə Təhsil İdarəsinin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin o cümlədən Xəzər rayon İcra Hakimiyyətinin aparatının nümayəndəsi də iştirak edərək mövzu ətrafında çıxış etmişlər.
Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr və sair barədə ətraflı məlumatlar verilmiş, şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə carı ilin 09 dekabr tarixində Nərimanov rayon 34 saylı tam orta məktəbində maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini, Dövlət Komissiyasının İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin,Azərbaycan Milli Antidopinq Agentliyinin, Səhiyyə Nazirliyinin Bakı şəhər üzrə Narkoloji Mərkəzin nümayəndələri iştirak edərək mövzu ətrafında çıxış etmişlər.
Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr və sair barədə ətraflı məlumatlar verilmiş, şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, cari ilin 09 dekabr tarixində Dövlət Komissiyasının İşçi Qrupunun vəBakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir.
Tədbirdə Bakı Avrasiya Universitetinin prorektoru, Dövlət Komissiyasının üzvü və Milli QHT Forumunun prezidenti, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Azərbaycan Milli Antidopinq Agentliyinin və Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin nümayəndələri mövzu ərafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Cari ilin dekabrın 8-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Bakı şəhəri Nizami rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilmişdir.
“Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda keçirilən treninqdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun, Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndələri xüsusi təqdimatlarla çıxış edərək, dinləyicilərə psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı, narkotik vasitələrin qəbuluna şübhə yarandığı halda ekspress-diaqnostikanın aparılması barədə zəruri məlumatlar verilmişdir.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış sertifikatlar və “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça iştirakçılara təqdim edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.33-cü bəndinə müvafiq olaraq, həqiqi hərbi xidmət keçənlər, o cümlədən digər qulluqçular arasında narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə təbliğat işinin gücləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupu birgə təşkilatçılığı ilə cari ilin 02 dekabr tarixində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Psixoaktiv maddələrdən istifadənin risk amilləri” mövzusunda seminar keçirilib.
Seminar çərçivəsində xüsusi təqdimatlarla dinləyicilərə psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı, narkotik vasitələrin qəbuluna şübhə yarandığı halda ekspress-diaqnostikanın aparılması barədə zəruri məlumatlar verilmişdir.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça iştirakçılara təqdim edilmişdir.
Cari ilin dekabrın 3-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icrası məqsədilə Pirallahı rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilmişdir.
“Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda keçirilən treninqdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun nümayəndəsi iştirak edərək təqdimat əsasında narkotik asıllığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asıllıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedoqoqun və fənn müəlliminin, psixloqların bu probləmə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələr barədə geniş məlumat vermişdir. Daha sonra müəllimləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb.
Treninqdə iştirak edənlərə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar, zəruri təbliğat materialları, eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı və digər zəruri məlumatları özündə əks etdirən metodik tövsiyələrə dair kitabça təqdim edilmişdir.
Cari ilin dekabr ayının 03-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Xəzər rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilmişdir.
Treninqdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun nümayəndəsi iştirak edərək təqdimat əsasında narkotik asıllığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asıllıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedoqoqun və fənn müəlliminin, psixloqların bu probləmə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələr barədə geniş məlumat vermişdir.
Treninqdə iştirak edənlərə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı və digər zəruri məlumatları özündə əks etdirən metodik tövsiyələrə dair kitabça təqdim edilmişdir.
"Xaş-xaş 2021" şərti adı altında Lerik, Qazax, Yardımlı, Astara, Ağstafa, Balakən, Zaqatala və Qubadlı rayonlarının sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində 18,7 hektar sahədən yabanı halda bitən 2688 kq xaş-xaş (15669 ədəd) və 13980 kq çətənə kolları (42046 ədəd) müvafiq qaydada məhv edilmişdir. Narkoxassəli bitkilərin aşkarlanması və məhv olunması prosesləri yerli icra nümayəndəliyinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilmişdir.
Cari ilin dekabr ayının 01-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Suraxanı rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilmişdir.
Treninqdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun nümayəndəsi iştirak edərək təqdimat əsasında narkotik asıllığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asıllıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedoqoqun və fənn müəlliminin, psixloqların bu probləmə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələr barədə geniş məlumat vermişdir.
Treninqdə iştirak edənlərə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı və digər zəruri məlumatları özündə əks etdirən metodik tövsiyələrə dair kitabça təqdim edilmişdir.
Cari ilin noyabr ayının 26-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Qaradağ rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilmişdir.
Treninqdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun nümayəndəsi iştirak edərək təqdimat əsasında narkotik asıllığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asıllıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedoqoqun və fənn müəlliminin, psixloqların bu probləmə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələr barədə geniş məlumat vermişdir.
Treninqdə iştirak edənlərə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı və digər zəruri məlumatları özündə əks etdirən metodik tövsiyələrə dair kitabça təqdim edilmişdir.
Xəzər rayonu 123 saylı tam orta məktəbdə maarifləndirmə..
Suraxanı Gənclər evində maarifləndirmə xarakterli tədbi..
Xəzər rayonunda maarifləndirmə tədbirləri davam etdiril..
34 saylı tam orta məktəbdə “Narkomaniyaya Yox Sağlam Hə..
Bakı Avrasiya Universitetində “Narkomanlığa qarşı mübar..
“Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbd..
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində seminar k..
“Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbd..
Xəzər rayonunda narkomanlığa qarşı mübarizə işinin təşk..
Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2021" şərti a..
Suraxanı rayonunda narkomanlığa qarşı mübarizə işinin t..
Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə növbəti..