
Sentyabrın 29-da Şağan Olimpiya İdman Kompleksində Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Xəzər rayon təşkilatının və Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç” devizli yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mərasimdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov və Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev bildiriblər ki, gənclər arasında narkomaniyaya qarşı mübarizədə təbliğat işləri daha da gücləndirilməlidir. Kütləvi idman tədbirləri də məhz bu məqsədə xidmət edir. Əsas məqsəd cəmiyyətimizdə, xüsusilə də gənclər arasında zərərli vərdişlərin qarşısını almaqdan ibarətdir.
Qeyd olunub ki, Xəzər rayonunda keçirilən sərbəst güləş üzrə idman turnirində 9 çəki üzrə 100-ə yaxın gənc iştirak edir.
Daha sonra final oyunlarına start verilib. Maraqlı mübarizə şəraitində keçən turnirin qalibləri müəyyənləşib. Sonda turnirin müxtəlif çəki üzrə I, II, və III yerlərinin qalibləri mükafatlandırılıb.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında 2022-ci ilə dair birgə Tədbirlər Planı imzalanıb. Tədbirlər Planı çərçivəsində narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə təlimçilərin hazırlanması, bu istiqamətdə dəyirmi masaların, fləşmobların, idman yarışlarının, mədəni-kütləvi tədbirlərin keçirilməsi davam edir.
Cari ilin sentyabr ayının 28-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Suraxanı rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilmişdir.
Treninqdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun nümayəndəsi iştirak edərək təqdimat əsasında narkotik asıllığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asıllıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedoqoqun və fənn müəlliminin, psixloqların bu probləmə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələr barədə geniş məlumat vermişdir.
Treninqdə iştirak edənlərə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar, eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı və digər zəruri məlumatları özündə əks etdirən metodik tövsiyələrə dair kitabça təqdim edilmişdir.
Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Astaf kəndi ərazisində "Yolqullar" adlanan inzibati sahəsində 8890 ədəd, ümumi çəkisi 2870 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Bayramkoxalı kəndi ərazisində 8000 ədəd, ümumi çəkisi 4 ton olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində 10 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbirləri təşkil olunub.
Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı iştirak ediblər.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.
Sonda Dövlət Komissiyasının işçi qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılıb.
Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində 1768 ədəd, ümumi çəkisi 1210 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Qaratəpə kəndi ərazisində yabanı halda bitmiş 40 ədəd, ümumi çəkisi 220 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Cari ilin sentyabr ayının 23-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Nizami rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilmişdir.
Treninqdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun nümayəndəsi iştirak edərək təqdimat əsasında narkotik asıllığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asıllıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedoqoqun və fənn müəlliminin, psixloqların bu probləmə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələr barədə geniş məlumat vermişdir.
Treninqdə iştirak edənlərə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar, eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı və digər zəruri məlumatları özündə əks etdirən metodik tövsiyələrə dair kitabça təqdim edilmişdir.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində 13 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbirləri təşkil olunub.
Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı iştirak ediblər.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.
Sonda Dövlət Komissiyasının işçi qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılıb.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində 12 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbirləri təşkil olunub.
Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı iştirak ediblər.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.
Sonda Dövlət Komissiyasının işçi qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılıb.
Cari ilin 06 sentyabr tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Şamaxı rayonunda təşkil edilən “Yay Fest”də iştirak edən gənclər arasında təlim keçirilmişdir.
Təlimlərdə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı çıxış edərək gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat vermiş və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.
Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları “Yay Fest” iştirakçılarına təqdim edilmişdir.
Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Ağzıbir kəndi ərazisində yabanı halda bitmiş 1442 ədəd, ümumi çəkisi 970 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
“Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç” a..
Suraxanı rayonunda narkomanlığa qarşı mübarizə işinin t..
Daşkəsən rayonu ərazisində 2870 kq yabanı halda bitmiş ..
Qəbələ rayonu ərazisində 4 ton yabanı halda bitmiş çətə..
10 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maa..
Ağdam rayonu ərazisində 1210 kq yabanı halda bitmiş çət..
Sabirabad rayonu ərazisində 220 kiloqramdan artıq yaban..
Nizami rayonunda narkomanlığa qarşı mübarizə işinin təş..
13 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..
12 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maa..
Şamaxı rayonunda təşkil edilmiş “Yay Fest”də növbəti tə..
Ağdaş rayonu ərazisində 970 kiloqramdan artıq yabanı ha..