Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində yerləşən boş torpaq sahəsində 1200 ədəd, ümumi çəkisi 800 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Nəqliyyat Agentliyinin birgə əməkdaşlığı çərçivəsində "802" qaynar xətt telefon xidmətinin fəaliyyətini ictimaiyyət arasında geniş təbliğ etmək məqsədi ilə hazırlanmış sosial çarx cari ilin 25 may tarixindən etibarən (10 gün müddətində) “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobususlarında mövcud olan monitorlarda nümayiş olunur.
Cari ilin 24 may tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının birgə təşkilatçılığı ilə “Narkomanlığa qarşı mübarizədə maarifləndirmənin rolu” mövzusunda onlayn konfrans keçirilmişdir.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının direktoru, direktor müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri, 50-dən çox müəllim və tələbə heyəti iştirak edib.
Videokonfransda çıxış edənlər narkotik vasitələrin və psixotrop maddələrin fəsadları, insan orqanizminə məhvedici təsiri, erkən müalicənin və maarifləndirmə işinin vacibliyi, ictimai maarifləndirmə tədbirlərinə diqqətin artırılması, narkomanlığa qarşı mübarizədə gənclər və tələbə təşkilatlarının rolu barədə ətraflı məlumat və tövsiyələr vermiş, mövzu ətrafında geniş diskussiyalar aparılmış və tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Təhsil müəssisələrində anti-narkotik təbliğatın daha da gücləndirilməsi və genişləndirilməsi işinin təşkili məqsədi ilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Yasamal rayonu 53 sayli tam orta məktəbdə "Narkotik asılılıq və onun fəsadları" mövzusunda onlayn platforma üzərindən görüş keçirilmişdir.
Tədbirdə çıxış edənlər narkotik vasitələrin və psixotrop maddələrin fəsadları, insan orqanizminə məhvedici təsiri, narkomanlığa qarşı mübarizədə erkən aşkarlanmanın vacibliyi, profilaktik tədbirlərə diqqətin artırılması barədə ətraflı məlumat və tövsiyələr vermiş, mövzu ətrafında müzakirələr aparılmış və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə məhkəmələrin qərarları ilə müsadirə olunmuş 1 ton 737 kiloqram müxtəlif narkotik vasitə, psixotrop maddə və onların prekursorları cari ilin 19 və 20 may tarixlərində Binəqədi rayonundakı Bünyad Sərdarov adına maşınqayırma zavodunun ərazisində məhv edilib.
Narkotiklərin məhv olunması prosesində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına üzv olan Baş Prokurorluğun, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri iştirak ediblər.
Ümumilikdə 591 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 1 ton 737kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə - 909 kq 985 qr heroin, 516 kq 281 qr marixuana, 240 kq 285 qr tiryək, 27 kq 473 qr həşiş, 1 kq 944 qr kokain, 40 kq 312 qr -18272 ədəd psixotrop maddə, o cümlədən 21190 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.
2021-ci ilin I rübü ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2050 cinayət faktı aşkarlanmışdır. Onlardan 747-si narkotik vasitələrin qanunsuz satışı, 1264-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 13-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 26-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aidiyyəti orqanlar tərəfindən (ötən ilin müvafiq dövrü ilə müqayisə etməklə) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınınqanunsuz dövriyyəsinə qarşı aparılmış mübarizə tədbirlərinin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda təhlil olunaraq ümumiləşdirilmişdir.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 287 kq 819,817 qr narkotik vasitələrin və psixotrop maddələrin 656 kq 378,952 qr-nı heroin, 326 kq 541,49 qr-nı marixuana, 147 kq 157,972 qr-nı tiryək, 25 kq 734,08 qr-nı həşiş,89,679 qr-nı kokain, 29 kq 418,755 qr-nı metamfetamin və 637,84 qr-nı digər narkotik vasitələr, 101 kq 861,049 qr-nı psixotrop maddələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində5 kq 881,85 qr güclü təsir edən maddələr, 4,05 qr zəhərli maddələr qanunsuz dövriyyədən götürülmüşdür.
Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1071 nəfər cəlb edilmişdir ki, onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaşadək 80 nəfər, 26-29 yaşadək 202 nəfər, 30 yaş və ondan yuxarı isə 785 nəfər təşkil edir. Həmin şəxslərdən 1045-i kişi, 26-sı qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 12 nəfəri xarici ölkə vətəndaşlarıdır.
Məsuliyyətə cəlb edilmiş 12 xarici ölkə vətəndaşından 4-ü İran İslam Respublikası, 3-ü Gürcüstan, 2-si Türkiyə,2-si Ukrayna və 1-i Rusiya vətəndaşları olmuşdur.
2021-ci ilin I rübü ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 31 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 175 kq 847,482 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 71-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 431 kq 475,208 qr narkotik vasitələr müsadirə edilmişdir.
Təhlil göstərir ki, 2020-ci ilin I rübü ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 510, qanunsuz satışı ilə bağlı faktların sayı 147, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 356, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 7 vahid artmış, bu kateqoriyadan olan digər cinayətlərlə bağlı faktların sayı isə sabit olmuşdur.
Həmçinin, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 656 kq 945,417 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 300 nəfər artmışdır.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 14329 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1043 nəfərindən 529-nun istifadəçi olması müəyyən edilmiş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.Hesabat dövründə 1234 nəfər stasionar müalicədə olmuşdur. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə 773 xəstə müalicə alır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər təşkil etmişdir. Həmin şəxslərdən 28318 nəfəri dispanser, 5470 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 618 nəfəri qadındır. 23537 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10251 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. 2020-ci ildə müvafiq diaqnozla 2723 nəfər qeydiyyata götürülmüş, 1856 nəfər isə qeydiyyatdan çıxarılmışdır.
Hesabat dövründə Azərbaycanda 117 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxmuşdur. Bütövlükdə 1988-ci ildən 2021-ci ilin mart ayının sonunadək Azərbaycan Respublikası SəhiyyəNazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 8805 nəfər qeydiyyata götürülmüşdür (8506-sı Azərbaycan vətəndaşı, 299-u əcnəbi). İİV-ə yoluxanların 6316-sı kişi, 2489-u qadındır.Onlardan 3396-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Həmin kateqoriyadan olan şəxslərin 2694 nəfəri hazırda dispanser qeydiyyatındadır.
2021-ci ilin I rübü ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 121 pasiyentdən 15 nəfəri inyeksion narkotik istifadəçisi olmuşdur. 2021-ci ilin 31 mart tarixinə isə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 6990 nəfər təşkil etmişdir ki, onların da 2274 nəfəri inyeksion narkotik istifadəçisidir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən Dövlət Proqramına uyğun olaraq, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülmüş, bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilmiş, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilmişdir.
Belə ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci ilə dair “İş Planı” hazırlanaraq təsdiq edilmiş və icraya yönəldilmişdir.
Dövlət Proqramı"nın 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən “İllik Hesabat” hazırlanmışdır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda fəaliyyət göstərən “802” qaynar xətt əlaqə mərkəzinə car ilin 1-ci rübü ərzində32 müraciət daxil olmuş, onlardan 6-sı narkotik vasitələrin qanunsuz satışı (4 müraciət əsasında cinayət işi başlanılıb), 9-u narkomaniyadan müalicə (6 nəfər müalicəyə qəbul olunub), 17-si isə digər məsələlərlə bağlı olmuşdur.Qeyd olunan müraciətlər müvafiq tədbirlər görülməsi üçün aidiyyəti orqanlara göndərilmişdir.
Eyni zamanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının www.nmdk.gov.az internet saytının “Onlayn müraciət” bölməsinə 7 müraciət daxil olmuş, onlardan 4-ü narkotik vasitələrin qanunsuz satışı (4 müraciət əsasında cinayət işləri başlanılıb), 2-si narkomaniyadan müalicə, 1-i isə digər məsələ ilə bağlı olmuşdur.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu antinarkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədi ilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə İdarəsi arasında birgə Tədbirlər Planları imzalanmış və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilməkdədir.
Eyni zamanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, aidiyyəti qeyri-hökumət təşkilatlarının, o cümlədən digər vətəndaş cəmiyyəti institutlarının sosial xarakterli tədbirlərin icrasına cəlb olunması məqsədilə Narkomaniyaya Qarşı Mübarizə üzrə QHT Koalisiyası ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə həyata keçirilən tədbirlər və onların nəticələri barədə məlumatlılığın artırılması məqsədilə müvafiq razılaşmaya əsasən “İki Sahil” qəzetində açılmış rubrikanın qrafikinə uyğun olaraq məqalələr dərc edilmişdir.
Dövlət Proqramının 4.4.38-ci bəndinin icrası ilə əlaqədarcari ilin 09 yanvar tarixindən etibarən “802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış videoçarxın, narkomanlığın zərəri barədə “Narkotik sərhədsiz fəlakətdir” və animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı sosial roliklərin paytaxtın küçə və prospektlərdəki elektron lövhələrdə nümayişi və eyni zamanda televiziya kanallarında yayımlanması təmin edilmişdir.
Dövlət Proqramının 4.4.9-cu bəndinə uyğun olaraq, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 26 ədəd yeni sosial lövhə Penitensiar Xidmətin Mühafizə Alayında, konvoy taborunda və cəzaçəkmə müəssisələrində quraşdırılmışdır.
Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.35-ci bəndinin icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində 20 ədəd sosial lövhə “Memar Əcəmi”, “Koroğlu”, “Azadlıq”, “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “İnşaatçılar”, “Nəsimi”, “Gənclik”, “Nəriman Nərimanov” və digər stansiyalarda quraşdırılmış və bir il ərzində nümayişi nəzərdə tutulmuşdur.
Eyni zamanda görülən işlərin davamlılığını təmin etmək məqsədi ilə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimi bitdikdən sonra Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yeni sosial çarxların metro stansiyalarında mövcud olan monitorlarda da nümayiş olunması planlaşdırılmışdır.
Cari ilin fevral və mart aylarında “Covid-19 pandemiyası dövründə gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda keçirilən onlayn zona seminar-müşavirələrində və digər tədbirlərdə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri iştirak etmişdir.
Dövlət Proqramının 4.4.17-ci bəndinə müvafiq olaraq, cari ilin 07 aprel tarixində Azərbaycan Texniki Universiteti ilə birgə "Narkotik sərhədsiz fəlakətdir" mövzusunda onlayn tədbir, 15 aprel tarixində Yasamal rayon Gənclər və İdman İdarəsi ilə “Narkotiklə və narkobizneslə mübarizənin aktual problemləri” mövzusunda onlayn seminar-müşavirə, 22 aprel tarixində Bakı Musiqi Akademiyası ilə birlikdə "Narkomanlığa qarşı mübarizədə maarifləndirmə tədbirlərinin rolu" adlı vebinar, 29 aprel tarixində Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə onlayn formatında elmi-praktiki konfrans keçirilmişdir.
26-27 aprel 2021-ci il tarixlərində Avropa İttifaqı (Aİ) - Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin online formatda 9-cu iclası keçirilib. İclasa Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Mahmud-Məmməd-Quliyev, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Riçard Tibbels həmsədrlik ediblər.
İclasda Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələri, habelə İnsan hüquqları üzrə Müvəkkilin Ofisindən nümayəndələr, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndələri ilə yanaşı, Avropa Komissiyasının Genişlənmə Danışıqları Baş Direktorluğu, Miqrasiya və Daxili işlər üzrə Baş Direktorluğu, Ədliyyə və İstehlakçılar üzrə Baş Direktorluğunun, Məşğulluq və sosial məsələlər Baş Direktorluğunun, eləcə də Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Tədbirin birinci günü tərəflər arasında insan hüquqları və demokratiya sahəsində mülki, iqtisadi, siyasi və sosial hüquqlar; insan hüquqlarının müdafiəsi üzrə milli çərçivə, eləcə də insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq forumlarda əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.
Növbəti gün isə ədliyyə, azadlıq və təhlükəsizlik sahəsində bir sıra qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi mövzusunda fikir mübadiləsi ilə davam etdirilmişdir. Müzakirələrdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini tərəfindən Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə siyasətində aparılan islahatlar, bu sahədə qanunvericiliyə edilən dəyişikliklər qeyd olunmuş, bundan başqa, ötən il ərzində bu istiqamətdə həyata keçirilən tədbirlər, aşkarlanmış cinayət faktlarının və müsadirə edilmiş narkotik vasitələrin statistikasına dair məlumat verilmişdir.
Bu gün Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərlikləri arasında görüş keçirilib. AMADA-nın direktoru Şəfəq Hüseynli, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev və digər əməkdaşların iştirak etdiyi görüşdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.23-1-ci yarımbəndindən irəli gələn məsələlər müzakirə edilib.
Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev bildirib ki, Dövlət Proqramının məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınmasıdır. Bundan əlavə narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi də proqramda öz əksini tapıb. İndiyədək bununla bağlı 3 dövlət proqramının müvəffəqiyyətlə tamamlandığını deyən Fəqan Şahverdiyev 2019-2024-cü illər üçün nəzərdə tutulan 4-cü proqramın da icrasının uğurla davam etdiyini bildirib.
AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, dövlət proqramın icraçı orqanlarının siyahısına əlavə edildikdən sonra AMADA öz fəaliyyətində narkotik vasitələr, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə daha geniş yer verib və bununla bağlı agentliyin 2021-ci il üçün iş planı hazırlanıb. İş planında narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə bağlı problemlər haqqında idmançıları maarifləndirmək məqsədilə silsilə təlimlərin təşkili, narkotiklərin mənfi təsirini əyani şəkildə göstərən mobil və ya kompüter tətbiqlərinin, videoçarxların hazırlanması, narkotik vasitələrin yayılması ilə mübarizə sahəsində müasir metodiki vasitələrdən istifadə etməklə təbliğat işinin təşkili və sair məsələlər əksini tapıb.
Cari ilin 07 aprel tarixindəAzərbaycan Texniki Universiteti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə "Narkotik sərhədsiz fəlakətdir" mövzusunda onlayn tədbir keçirilmişdir.
Videokonfransda çıxış edən Tərbiyə işləri üzrə prorektor İsa Xəlilov, Elm və texnika işləri üzrə prorektor İlham Pirməmmədov görüşün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Dövlət Proqramının icrası ilə əlaqədar AzTU-da müvafiq tədbirlər planı hazırlanıb və bu istiqamətdə məqsədyönlü işlər həyata keçirilir.
Daha sonra videokonfransda Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev, AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin dekanı Ərəstun Məmmədov, universitetin SABAH qruplarının rəhbəri Aytən Sadıqova, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Lalə Piriyeva, Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev, Tələbə Gənclər Təşkilatının sədri Lalə Rüstəmova çıxış edərək, narkotik vasitələrin və psixotrop maddələrin fəsadları, insan orqanizminə məhvedici təsiri, narkomanlığa qarşı mübarizədə erkən müalicənin və maarifləndirmə işinin vacibliyi, profilaktik tədbirlərə diqqətin artırılması barədə ətraflı məlumat və tövsiyələr vermiş, mövzu ətrafında geniş diskussiyalar aparılmış və tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Mingəçevir Dövlət Universitetinin, Lənkəran Dövlət Universitetinin, Azərbaycan Universitetinin və Xəzər Universitetinin nümayəndələri də iştirak edib.
“Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə cari ilin fevral və mart aylarında “Covid-19 pandemiyası dövründə gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn zona seminar-müşavirələrin təşkili başa çatmışdır.
Keçirilən seminar-müşavirələrdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər muavini Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin baş narkotiklərlə mübarizə idarəsinin rəisi İslam Hümbətov, Respublika Narkoloji Dispanserin baş həkimi OrxanCəfərov və Səhiyyə Nazirliyiİ ctimai səhiyyə və islahatlar mərkəzinin şöbə müdirinin müavini Ülkər Camalova çıxış edərək gəncləri bu sahədə məlumatlandırmışdırlar.
Seminar-müşavirələrdə Bakı, Aran, Cənub, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Qazax, Abşeron və Dağlıq Şirvan, Qarabağ və ətraf zonaları üzrə ümumilikdə 70-dən çox rayonun gənclər və idman idarələrinin rəisləri, Gənclər evlərinin və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin direktorları çıxış edərək bu istiqamətdə görülmüş işlər haqqında məlumat vermiş və təkliflər səsləndirmişdirlər.
Ümumilikdə seminar-müşavirələrdə 1000-ə yaxın gənc iştirak etmişdir.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının müvafiq bəndinin icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı çərçivəsində, antinarkotik təbliğat işinin effektivliyinin artırılmasını təmin etmək məqsədi ilə üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 26 ədəd yeni sosial lövhə cəzaçəkmə müəssisələrində quraşdırılmışdır.
Ağdam rayonu ərazisində 800 kq yabanı halda bitmiş çətə..
Maarifləndirici sosial çarx “BakuBus” avtobuslarında..
“Narkomanlığa qarşı mübarizədə maarifləndirmənin rolu” ..
"Narkotik asılılıq və onun fəsadları" mövzusunda videok..
Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 1 ton 737 k..
2021-ci ilin 3 ayı ərzində ölkə üzrə narkotik vasitələr..
Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəs..
Narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qar..
"Narkomanlığa qarşı mübarizədə maarifləndirmə tədbirlər..
"Narkotik sərhədsiz fəlakətdir" mövzusunda videokonfran..
Covid-19 pandemiyası dövründə gənclər arasında narkoman..
Cəzaçəkmə müəssisələrində sosial lövhələr quraşdırılıb..