“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Ucar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Ucar rayon İcra Hakimiyyətinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri çıxış edərək, narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılmasının əhəmiyyəti, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və yaratdığı ağır fəsadlar barədə ətraflı məlumat veriblər.
Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, həmçinin “Valideynlər üçün tövsiyə”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.

Mingəçevirdə narkomanlığa qarşı maarifləndirici aksiya ..
Mingəçevir şəhərində məhkəmə qərarları əsasında müsadir..
Mingəçevirdə valideynlər üçün maarifləndirici tədbir ke..
Ağdaş rayonunda narkomanlığa qarşı növbəti maarifləndir..
Ağdaş rayonunda valideynlər üçün maarifləndirici tədbir..
Göyçay rayonunda narkomanlığa qarşı maarifləndirici aks..
Göyçay rayonunda valideynlər üçün maarifləndirici tədbi..
Göyçay rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..
Növbəti maarifləndirici aksiya Ucar rayonunda təşkil ol..
Ucar rayonunda valideynlər üçün maarifləndirici tədbir ..
Ucar rayonunda məhkəmə qərarları əsasında müsadirə olun..
Hacıqabul rayonunda maarifləndirici tədbir təşkil olunu..