“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, peşə təhsili müəssisələrində tələbələr arasında antinarkotik təbliğatı işinin əhatəsinin genişləndirilməsi məqsədilə Şəki Dövlət Peşə Təhsil Mərkəzində tədbir təşkil edilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, müəllim heyəti və tələbələr iştirak ediblər.
Çıxışlarda narkomanlığa qarşı mübarizə üsulları, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığının formalaşma mərhələləri, internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar barədə ətraflı məlumat verilib. Xüsusilə yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə daimi söhbətlərin aparılmasının, eləcə də mənəvi-əxlaqi dəyərlərin vacibliyi vurğulanıb. Yeni növ psixotrop maddələrin xüsusiyyətləri, onların insan orqanizminə və psixoloji sağlamlığa göstərdiyi zərərli təsirlər izah edilib.
Bundan əlavə, gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmağın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.
Tədbirin sonunda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə təqdim edilib. “Rəqəmsal mühitdə gizli narkotik risklər”, “Psixotrop maddələr haqqında həqiqət”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” və “Narkotiklər haqqında həqiqəti bilin” adlı maarifləndirici materiallar isə tələbələrə paylanılıb.

Şəki Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədb..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Beyləqan rayonunda valideynlər üçün növbəti maarifləndi..
"Səyyar Gənclər Xidməti" Ağcabədidə növbəti maarifləndi..
Ağcabədi, Beyləqan və İsmayıllı rayonlarında məhkəmə qə..
Oğuz rayonunda valideynlər üçün növbəti maarifləndiric..
Laçın rayonunda narkomanlığa qarşı maarifləndirici aksi..
Qəbələ və Oğuz rayonlarında məhkəmə qərarları əsasında ..
Valideynlər üçün növbəti maarifləndirici tədbir Qəbələ ..
Ağcabədi rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çə..
İsmayıllı rayonunda valideynlər üçün maarifləndirici tə..
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filia..