"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılması məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qazax şəhər 2 nömrəli tam orta məktəbində valideynlər və müəllimlər üçün növbəti maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri çıxış edərək narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahədə məlumatlılığın artırılmasının əhəmiyyəti barədə danışmışlar. Çıxışçılar xüsusilə yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə valideynlər tərəfindən daimi söhbətlərin aparılmasının və bu istiqamətdə nəzarətin gücləndirilməsinin vacibliyini vurğulamışlar. Eyni zamanda narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və ağır fəsadları barədə ətraflı məlumat vermişlər.
Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça müəllim heyyətinə, həmçinin "Valideynlər üçün tövsiyə" adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.

Qazax rayonunda valideynlər üçün maarifləndirici tədbir..
Ağstafa rayonunda məhkəmə qərarları əsasında müsadirə o..
Azərbaycan Dövlət Aqrar Universitetində maarifləndirmə ..
Samux rayonunda narkomanlığa qarşı maarifləndirici aksi..
Gəncə şəhərində 4 saylı Uşaq evi sosial xidmət müəssisə..
Gəncə şəhərində məhkəmə qərarları əsasında müsadirə olu..
Şamaxı rayonunda veloyürüş təşkil edilmişdir..
Şamaxı rayonunda maarifləndirmə tədbiri keçirilib..
Bərdə və Tərtər rayonlarında məhkəmə qərarları əsasında..
Tərtər rayonunda narkomanlığa qarşı maarifləndirici aks..
Azərbaycan Memarlıq və İnşaat Universitetində maariflən..
Bakı Avrasiya Kollecində maarifləndirmə tədbiri keçiril..