Qalereya

20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümayiş olunub.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına müvafiq olaraq, cari ilin 04 aprel tarixində 20 nömrəli məktəb-liseydə Bakı Uşaq və Gənclər Teatrının real hadisələr əsasında səhnələşdirdiyi “Həyatla oyun” maarifləndirici teatr tamaşası canlı ifada nümayiş olunub.

  Tamaşa bəşəriyyətin ən böyük problemlərindən olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə və QİÇS-ə qarşı mübarizəyə həsr edilib.

  Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında canlandırılan tamaşada narkotik vasitə istifadəçilərinin həyat tərzi əks olunub. Ssenaridə əsasən kiçik yaşlarında övladlarının təlim-tərbiyəsinə laqeyd qalan valideynlər və uşaqların zərərli vərdişlərə qarşı maarifləndirilməməsi qabardılıb.

  Tamaşa şagirdlərin marağına səbəb olub və alqışlarla qarşılanıb.

  Qeyd edək ki, tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev, Gənclərin İnkişaf və Kariyera Mərkəzinin baş direktoru Ramtiq Əlizadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev,aidiyyəti dövlət orqanlarının nümayəndələri, tanınmış bloqer Nail Kəmərli, 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin könüllüləri və digər qonaqlar iştirak edib.

  Onu da qeyd edək ki, “Həyatla oyun” tamaşası paytaxtdakı digər ümumi təhsil müəssisələrində də davamlı nümayiş olunur.

/img/gallery/100x100/2022_04_06_11_10_00_a8ba.JPG
  1. 20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümay..

  2. 20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümay..

  3. 20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümay..

  4. 20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümay..

  5. 20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümay..

  6. 20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümay..

  7. 20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümay..