2022-ci ilin 9 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8694 cinayət faktı aşkarlanmışdır. Onlardan 2941-i narkotik vasitələrin qanunsuz satışı, 5286-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 387-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 80-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 827 kq 532,775 qr və 32918 həb, 524 ədəd narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 963 kq 632,152 qr-nı heroin, 1 ton 706 kq 517,599 qr-nı marixuana, 268 kq 584,935 qr-nı tiryək, 27 kq 785,044 qr-nı həşiş, 260,95 qr-nı kokain, 130 kq 847,843 qr-nı və 32918 həb digər narkotik vasitələr və 729 kq 904,252 qr və 524 ədəd psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 1 kq 485,4 qr güclü təsir edən maddə, 10 kq 037,6 qr zəhərli maddə, 79853 ədəd narkotik xassəli çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.
Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6249 nəfər cəlb edilmişdir ki, onlardanda 6079-u kişi, 170-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 74 nəfəri xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilmiş 74 xarici ölkə vətəndaşından 36-sı İran İslam Respublikası, 8-i Gürcüstan, 10-u Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna , 1-i Maldiv və 13-ü Rusiya vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 039 kq 686,303 qr və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülmüşdür.
2022-ci ilin 9 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 210 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 298 kq 696,168 qr və 33550 ədəd həb, 2048 ədəd kapsul, 1470 qr MDA və 110 ml müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 292-si qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 518 kq 303,994 qr və 9548 həb narkotik vasitələr və psixotrop maddələr müsadirə edilmişdir.
2447 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 504 kq 515,1 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə edilmişdir.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 530,883 hektar sahədən çəkisi 165 ton 756 kq 608,85 qr olan narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.
Qanunsuz dövriyyədən götürülmüş 4 ton 827 kq 532,775 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 168 milyon 635 000 AZN (99 milyon ABŞ dolları) kimi qiymətləndirilir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 05-06 may tarixində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının və 28 697 ədəd çətənə bitkisinin məhv edilməsi prosesi həyata keçirilib.
Təhlil göstərir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1957, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 501, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1484, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 21 fakt, qaçaqmalçılıq faktlarının sayı 44 fakt, xarici ölkə vətəndaşlarının sayı 29 nəfər, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1830 nəfər artmış, həmçinin bu kateqoriyadan olan digər cinayətlərin sayı 3 fakt azalmışdır.
Bununla yanaşı, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 354 kq 695,225 qr, qrup halında törədilmiş cinayətlərin sayı isə 10 fakt azalmışdır.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 66531 nəfər istiqamətləndirilmişdir.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2456 nəfərdən 1773-ü isə istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Müvafiq dövrdə 4710 nəfər stasionar müalicədə olmuşdur. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə 990 xəstə müalicə alır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2021-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34602 nəfər təşkil etmişdir. Həmin şəxslərdən 27106 nəfəri dispanser, 7496 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır. 24850 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 9752 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir.
Hesabat dövründə 602 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxmuşdur. Ümumilikdə 1987-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 9985 nəfər qeydiyyata götürülmüşdür (9659-u Azərbaycan vətəndaşı, 326-sı əcnəbi). İİV-ə yoluxanların 7114-ü kişi, 2871-i qadındır. Onlardan 3542-si İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Həmin kateqoriyadan olan şəxslərin 2489 nəfəri hazırda dispanser qeydiyyatındadır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən Dövlət Proqramına uyğun olaraq, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülmüş, bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilmiş, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilmişdir.
Hesabat dövrü ərzində maarifləndirmə tədbirləri çərçivəsində ümumilikdə 166 tədbir (şəhər/rayon komissiyaları ilə 35 görüş, televiziya kanallarında 4 dəyirmi masa, 78 maarifləndirmə tədbiri, GİKM-nin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində və digər strukturlarda 35 təlim, 7 kütləvi-mədəni tədbir, 3 idman növü üzrə turnir və 4 fləşmob) təşkil edilmişdir.
Cari ilin yanvar-sentyabr ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 1542 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 187-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 629-u narkotik asılılıqdan müalicə, 726-sı isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 816 məktub ünvanlanmışdır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində n..
11 nömrəli İnteqrasiya təlimli internat məktəbində tədb..
asdasdas..
sdgfsdfsdf..
test..
2022-ci ilin 9 ayı ərzində ölkə üzrə narkotik vasitələr..
Xəzər rayonunda narkomaniya ilə mübarizə işinin güclənd..
Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2022" şərti a..
Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqs..
“Gənclər sağlam həyat tərzini seçir” devizi altında keç..
Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqs..
Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər...