Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar 15 mart 2016-ci il tarixdə 189-190 saylı Təhsil Kompleksində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun birgə təşkilatçılığı ilə “Ağ ölüm” və onun törətdiyi dəhşətli bəlalar mövzusunda tədbir keçirmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları və məktəbin müəllimləri mövzuya dair çıxışlar edərək, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar və sağlam həyat tərzinin təbliği barəsində məlumatlar vermiş, şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış Azərbaycan Respublikasında Narkotiklərə Nəzarət Sahəsində 2015-ci il üçün Ölkə Məruzəsi və video çarxlar nümayiş olunmuş, bundan əlavə əyani vəsaitlər “Narkomaniyanın hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin”, “Sağlam olmaq naminə narkotikə yox deməyə cəsarətli ol”, “Ovladlarimizi narkotiklərdən qoruyaq və gələcəyimizi xilas edək” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri şagirdlərə paylanılmışdır.