Dövlət Komissiyasının İşçi qrupu Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə birgə 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin gücləndirilməsi məqsədilə maarifləndirici tədbir keçirmişdir

   "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz  dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi və təsirliyinin artırılması o cümlədən qeyd olunan istiqamətdə görülən işlərin davamlı və birgə həyata keçirilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında təsdiq edilmiş  “Tədbirlər Planı”na uyğun olaraq cari ilin 06 may tarixində  Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində  təbliğat və maarifləndirmə xarakterli tədbir keçirilmişdir.

   Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Respublika Narkoloji Mərkəzinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından danışaraq,  maarifləndirmə, izahat və hüquqi təbliğat məsələlərinin diqqət mərkəzində saxlanıldığını bildiriblər. Eyni zamanda dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmişdir. O cümlədən,  Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin narkotiklərə qarşı ümumdünya hesabatı çərçivəsində hazırladığı məlumat-təbliğat yönümlü sənədlərlərindən istifadə olunmaqla, “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçası, maarifləndirici bukletlər və xəbərdarlıq vərəqələrinin  (o cümlədən materialların diskə daxil edilmiş elektron variantda da əlavə olunaraq) tədbirdə iştirakçılara paylanılması təmin edilmişdir.

   Sonda  bu mövzuda olan “Bəla” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın videosu nümayiş olunmuşdur.




Просмотрено: 1050