Dövlət Komissiyasının İşçi Qrupu müasir informasiya texnologiyayalarının imkanlarından istifadə etməklə SMS maarifləndirmə xarakterli tədbirlərini davam etdirir

    Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, sağlam həyat tərzinin təbliği və narkomanlığın ziyanı ilə bağlı əhalini məlumatlandırmaq üçün zəruri bildiriş və əlaqə vasitələri (DK İşçi Qrup: Gələcəyinizi düşünün, özünüzü və yaxınlarınızı narkomaniyadan qoruyun! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/372-91-88) sms vasitəsilə cari ilin 11 iyul tarixindən etibarən “Azercell Telekom MMC” mobil rabitə operatoru tərəfindən abunəçilərinə göndərilir.

       SMS maarifləndirmə işi mərhələli qaydada həyata keçiriləcək və 11 gün ərzində təqribən 3 milyondan çox abunəçiyə ünvanlanacaq.




Просмотрено: 2568