Dövlət Komissiyasının İşçi Qrupu 11 və 17 saylı cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında maarifləndirici tədbirlər keçirmişdir

    "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz  dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq cari ilin 15 iyul tarixində 11 və 17 saylı cəzaçəkmə müəssisəsində  təbliğat və maarifləndirmə xarakterli tədbir keçirilmişdir.

    Tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun və Respublika Narkoloji Mərkəzinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmişdir. O cümlədən,  Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yaddaş kitabçası, maarifləndirici bukletlər və xəbərdarlıq vərəqələri  tədbir çərçivəsində iştirakçılara paylanılmış, o cümlədən xidməti istifadə üçün maarifləndirici materialların diskə daxil edilmiş elektron variantıda müəssisə rəhbərliklərinə təqdim edilmişdir.  .

    Sonda  bu mövzuda olan “Bəla” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın videosu nümayiş olunmuşdur.




Просмотрено: 1112