14 və 5 saylı cəzaçəkmə müəssisələrində tədbir keçirilib

   Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq cari ilin 21 oktyabr tarixində 14 və 5 saylı cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında  təbliğat və maarifləndirmə xarakterli tədbir keçirilib.

   Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin və Respublika Narkoloji Mərkəzinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmişdir.

   Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yaddaş kitabçası, maarifləndirici bukletlər və xəbərdarlıq vərəqələri  tədbir çərçivəsində iştirakçılara paylanılmış, bundan əlavə xidməti istifadə üçün maarifləndirici materialların diskə daxil edilmiş elektron variantıda müəssisə rəhbərliyinə  təqdim edilmişdir.  .

   Sonda  bu mövzuda olan “Bəla” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın videosu nümayiş olunub.




Просмотрено: 934