Təlimçilərin hazırlanması məqsədi ilə növbəti seminar-məşğələ Ağdaş rayonunda təşkil olunub

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə  dair  2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.4.23-cü bəndinin (narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması) icrası ilə əlaqədar  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu Ağdaş Rayon İcra Hakimiyyəti ilə birgə Daxili İşlər Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının  iştirakı ilə 02 noyabr 2016-cı il tarixdə təlim-məşğələ keçirmişdir.

    Təlim yerli Komissiyanın üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibləri və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqları,  orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təşkil olunmuşdur.

   Eyni zamanda təlim iştirakçıları Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış xüsusi qovluqlarda metodik vəsaitlər, bukletlər, yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri və digər zəruri təbliğat materialları (o cümlədən diskə daxil edilmiş elektron variantda əlavə olunmaqla) ilə təmin edilmişdir.




Просмотрено: 1098