Ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsi planlaşdırılmışdır

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa Narkotik və Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə uyğun olaraq, təhsil müəssisələrində narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə Dovlət Komissiyasının İşçi Qrupunun və Təhsil Nazirliyinin birgə təşkilatçılığı və adiyyəti dövlət orqanlarının iştirakı ilə cari ilin 21 noyabr tarixindən Azərbaycan Dillər Universitetində, Bakı Slavyan Universitetində, Azərbaycan Texniki Universitetində və o cümlədən qeyri-dövlət ali təhsil müəssisələri olan Qafqaz, Qərb Xəzər və digər Universitetlərdə maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.




Просмотрено: 995