2016-cı ilin 5 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumat.

   2016-cı ilin 5 ayı  ərzində ölkədə  narkotik  vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.

   Belə ki, cari ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1439 fakt aşkar edilmişdir ki, onlardan 375-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1006-ı satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 43-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 15-i isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 520 kq 018,497 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunmuşdur.

   Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 294 kq 108,305 qr marixuana (19,3%), 169 kq 501,11 qr tiryək (11,2%), 1 ton 037 kq 427,41 qr heroin (68,2%), 16 kq 290,255 qr həşiş (1,1%), 2 kq 488, 884 qr digərləri (0,2%), 154,220 qr psixotrop maddələr və 11828 ədəd həb təşkil etmişdir.

   Həmçinin “Xaş-Xaş 2016” şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib-becərilən və yabanı halda bitmiş 56 kq 399,885 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilmişdir.

   Cinayət məsuliyyətinə 850 nəfər cəlb edilmişdir ki, onlardan 1-i 18 yaşadək, 63-ü 18 -25 yaşadək, 149-u 30 yaşadək, 637-i 30 yaşdan yuxarı, 7-i fəhlə, 3-ü qulluqçu və ya maddi məsul şəxs, 754-ü  işləməyənlər, 840-ı kişilər, 10-u qadınlar,10 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur. 




Просмотрено: 1104