Sağlam həyat tərzinin təbliği ilə bağlı bildiriş və zəruri əlaqə vasitələri sms vasitəsilə mobil rabitə abunəçilərinə göndərilir

  Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4-cü bölməsinin (4.4. Profilaktika, müalicə, reabilitasiya və maarifləndirmə üzrə tədbirlər)  icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü ilə sağlam həyat tərzinin təbliği ilə bağlı bildiriş və zəruri əlaqə vasitələri (DK İşçi Qrup: Gələcəyinizi düşünün, özünüzü və yaxınlarınızı narkomaniyadan qoruyun! www.nmdk.gov.az, DİN 012/690-21-10, RNM 012/372-91-88) cari ilin 23 iyun tarixindən etibarən “Azerfon” MMC mobil rabitə operatoru tərəfindən sms vasitəsilə abunəçilərinə göndərilməyə başlanılmışdır.

 SMS-lərin göndərilməsi mərhələli qaydada həyata keçirilir və 7 gün ərzində təqribən 1,5 milyon abunəçiyə ünvanlanacaqdır.




Просмотрено: 1359