470 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr məhv edildi.

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun tapşırığına əsasən, 29 iyun 2016-cı il tarixdə Bünyad Sərdarov adına “Maşınqayırma Zavodu”nun inzibati ərazisində 210 məhkəmə hökmü ilə müsadirə olunmuş 470 kq-dan artıq müxtəlif növ narkotik vasitələr, o cümlədən 5173 ədəd psixotrop maddələr və 2624 ədəd  çətənə bitkisi Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən məhv edilmişdir.

   Məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  250 kq 885,742 qr marixuana, 78 kq 886 ,257 qr tiryək, 89 kq 211,65 qr heroin, 51 kq 211,329 qr həşiş qətranı,  5173 ədəd psixotrop maddələr və 2624 ədəd çətənə bitkiləri  təşkil etmişdir. (Məhv olunan müxtəlif növ narkotik vasitələrin qara bazarda ümumi dəyəri 13 milyon manat təşkil edir).

   Məhvetmə prosesi respublikada fəaliyyət göstərən televiziya kanalları və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.




Просмотрено: 2123