2017-ci ildə cəzaçəkmə müəssisələrində təbliğat işinin daha da gücləndirilməsi məqsədi ilə “Tədbirlər Planı” təsdiq edilmişdir.

   Cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair “Tədbirlər Planı” təsdiq edilmişdir.

   Tədbirlər Planındanarkotiklərin insan orqanizminə məhvedici təsiri barədə təbliğat tədbirlərinin keçirilməsi, həmçinin tədbirlərdə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə videofilmlərin nümayiş etdirilməsi, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradan teatr tamaşalarının nümayişi, o cümlədən təbliğat yönümlü, narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası məqsədi ilə hazırlanmış yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri və bu sahədə digər zəruri maarifləndirici çap məhsulların məhkumlar arasında paylanılması nəzərdə tutulur.




Baxılıb: 1386