конституция

AZƏRBAYCAN RESPUBLİKASININ

KONSTİTUSİYASI

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin

sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini

hazırlayan komissiya tərəfindən hazırlanmış,

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində

(referendumda) qəbul edilmişdir.

1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir.


​2002-ci il avqustun 24-də ümumxalq səsverməsində

(referendumda) qəbul edilmiş dəyişikliklərlə.


2009-cu il martın 18-də ümumxalq səsverməsində

(referendumda) qəbul edilmiş əlavələr və dəyişikliklərlə.

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

- xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;

- ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq sәsvermәsi-referendum yolu ilə bu Konstitusiya qəbul edilir.

 



Просмотрено: 14176