Ağdaş rayonu ərazisində 880 kiloqramdan artıq yabanı halda bitmiş çətənə bitkisi aşkar olunaraq məhv edilib

     Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq 18 sentyabr 2021-ci tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Orta Ləki kəndi ərazisindən keçən, Bakı-Tiblisi Ceyhan kəmərinin 193-cü kilometirliyində, xüsusi mühafizə zonasının ərazisində, yabanı halda bitmiş 430 ədəd, ümumi çəkisi 880 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1242