Xəzər rayonu 123 saylı tam orta məktəbdə maarifləndirmə xarakterli tədbir keçirilmişdir.

    Carı ilin 14 dekabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Xəzər Rayon İcra Hakimiyyətinin və Xəzər rayonu 123 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə  maarifləndirmə tədbiri keçirilmişdir.

    Əvvəlcə narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film nümayiş olunub.

      Tədbirdə, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının I müavini, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən, İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin məsul əməkdaşı, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin direktor müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşı, Bakı Şəhər üzrə Təhsil İdarəsinin, o cümlədən Xəzər rayon Polis İdarəsinin, Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Məhkəmə orqanının rəhbər işçiləri iştirak edərək mövzu ətrafında çıxış etmişlər.

     Məruzəçilər tədbir iştirakçılarına narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib.

     Həmçinin narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda iştirakçılara narkotiklərin insan orqanizminə məhvedici təsiri və törətdiyi sosial bəlalar, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılmasının qarşısının alınması barədə ətraflı məlumatlar verilmişdir. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulandı.

       Məruzələr ətrafında aparılan müzakirələr müəllim və şagirdlər tərəfindən maraqla qarşılanıb. Tədbirdə şagirdlərin narkomaniyaya qarşı mübarizə ilə bağlı sualları ekspertlər tərəfindən cavablanırılıb.

     Eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb.

    




Baxılıb: 1019