Xətai rayonunda maarifləndirmə tədbiri keçirilmişdir.

  Carı ilin 17 dekabr tarixində  Xətai rayonun 55 saylı tam orta məktəbində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.

  Tədbirdə, Xətai rayon İcra Hakimiyyəti  başçısının aparatının, Dövlət Komissiyasının İşçi Qrupunun, DİN-Baş Narkotiklərlə Mübarizə üzrə İdarəsinin, Həmkərlar İtiffaqları Konfederasiyasının, Bakı şəhəri üzrə Narkoloji Dispanserin o cümlədən rayon polis şöbəsinin və prokurorluğun nümayəndələr də iştirak edərək mövzu ətrafında çıxış etmişlər.

  Çıxışlarda narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq,psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin  asudə vaxtın səmərəli təşkil olunmasıbarədə ətraflı məlumatlar verilmişdir. Şagirdləri maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 1038