“Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda tədbir keçirilib

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, cari ilin 09 mart tarixində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Cəlilabad rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqojı Universitetinin Cəlilabad filialında  “Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir.

 Dövlət Komissiyasının İşçi Qrupunun və Səhiyyə Nazirliyinin əməkdaşları mövzu ətrafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış  zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 994