Carı ilin 19 may tarixində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Zərdab rayonunda maarifləndirmə xarakterli tədbir keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Zərdab rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Zərdab rayon Yeni Azərbaycan Partiyasının sədri, rayon Prokuroru, Təhsil və Polis Şöbəsinin əməkdaşları, Gənclər İdman baş İdarəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Qeyri-Hökümət təşkilatların nümayəndələri həmçinin rayon üzrə müvafiq komissiyanın üzvləri iştirak edib.
Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumat verib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edilmişdir.