Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda tədbir keçirilib

  Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində 4 saylı cəzaçəkmə müəssisəsində və Ədliyyə Nazirliyi Penitensiar Xidməti Tərbiyyə Müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri təşkil olunub

  Tədbirdə YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Bəxtiyar Abbaszadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Məmməd Xasiyev ,Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin və Tibb baş idarəsinin əməkdaşları Mübariz Vəliyev və Oqtay Həsənov, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Rövşən Kərimli, iştirak etmişlər.

  Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

  Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılmışdır.




Baxılıb: 1178