Xəzər rayonunda maarifləndirici tədbir keçirilmişdir.

    Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun birgə təşkilatçılığı ilə  “Cırtdan” Respublika Uşaq və İstirahət Mərkəzində “Narkomaniya və erkən nigah” mövzusunda maarifləndirici  tədbir təşkil edilmişdir.

  Tədbirdə, Gənclər və İdman Nazirliyinin nümayəndəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupun məsul əməkdaşı, rayon  gənclər və idman idarəsinin rəisi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rayon üzrə əməkdaşı iştirak etmişdir. Yeniyetmələrlə keçirilmiş görüşdə  narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadları barədə məlumat verilmiş və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

   Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.

      Tədbir Kütləvi İnformasiya Vasitətələri  tərəfindən işıqlandırilmışdır.




Baxılıb: 601