Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 3 ton 430 kiloqram narkotik vasitə məhv edilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 16 aprel tarixində “Bakı Neft Maşınqayırma zavodu ”MMC-nin inzibati ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 3 ton 430 kiloqram, 62700 ədəd həb müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının, həmçinin 58860 ədəd çətənə bitkisinin məhv edilməsi prosesi həyata keçirilib.

Narkotiklərin məhv olunması prosesində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına üzv olan Baş Prokurorluğun, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri iştirak ediblər.

Ümumilikdə 1741  məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 1 ton 527 kq 101,231 qr heroin, 1 ton 372 kq 034,257 qr marixuana,172 kq 565,992 qr tiryək,93 kq 610,043 qr həşiş,145,697 qr kokainvə 60596 ədəd həb metadon, 264 kq 712,789 qr və 2104 ədəd  həb psixotrop maddə müxtəlif növ narkotik vasitələrin, psixotrop maddələrin, həmçinin 3877 ədəd həb,19341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qr güclü təsir edən maddələrin aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.




Baxılıb: 1063