Müsadirə olunmuş 248 kq narkotik vasitə məhv edilib

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 22 iyul tarixində “Bakı Neft Maşınqayırma zavodu ”MMC-nin inzibati ərazisində istintaq orqanlarının qərarı əsasında müsadirə olunmuş 248 kq 293,151 qr müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının məhv edilməsi prosesi həyata keçirilib.

 Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə  keçirilən məhvətmə prosesində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına üzv olan Prokurorluğun, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

 Ümumilikdə 17  cinayət işi üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş 211 kq 690,27 qr həşiş 19 kq 934,25  qr və 55 ml tiryək, 11 kq  860 qr marixuana 4 kq 302,241 qr heroin, 506,39 qr metadon yandırma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1245