26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Şuşa rayon komissiyası tərəfindən tədbir keçirilmişdir.

   Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası və 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə bağlı Şuşa rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya” rayon üzrə bir sıra tədbirlər həyata keçirmişdir.

    Belə ki, 23 - 25 iyun 2014-cü il tarixlərində rayonun orta ixtisas və ümumtəhsil  məktəblərində yuxarı sinif şagirdlərinin, müəllimlərin və valideynlərin iştirakı ilə “Narkotika cəmiyyətin bəlasıdır” və “Narkomaniyaya yox deyirik” mövzularında seminarlar keçirilmiş, laboratoriyalarda şagirdlərə narkotik maddələrin  insan orqanizminə mənfi təsirləri barədə məlumat verilmiş,  narkotikanın insanlara vurduğu həm fiziki, həm də mənəvi zərbənin ağır nəticələri bir daha geniş tərkibdə müzakirə olunmuşdur.  




Просмотрено: 1512