Yardımlı rayonu ərazisində 11 ton 175 kiloqramdan artıq çətənə bitkisi məhv edildi.

  Yardımlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində 23.06.2015-ci il tarixdə Yardımlı rayonun Arvana kəndi ərazisində 38 hektar sahədən 21230 ədəd, ümumi çəkisi 11 ton 175 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yandırılma üsulu ilə məhv edilmişdir.




Просмотрено: 1622