Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş iclas keçirilmişdir

İclasda işçi qrupun rəhbəri Məzahir Əliyev çıxış edərək bildirmişdir ki, 90 illik yubileyini təntənə ilə qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev xalqımızın taleyində misilsiz rol oynamış, müstəqil Azərbaycanın memarı və qurucusu olmuşdur.  

Qeyd olunmuşdur ki, bizim və gələcək nəsillərin dahi Heydər Əliyevin ruhu qarşısında müqəddəs borcu Ulu Öndərin həyatı bahasına qurub-yaratdığı və xalqımıza miras qoyduğu müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi naminə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, fədakarlıqla çalışmaqdır.

İclasda daha sonra çıxış edən baş referent Şahin İsmayilov, referent Fəqan Şahverdiyev və mütəxəssis  Raqif  Allahverdiyev  Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan, gənclərə göstərdiyi diqqət və qayğıdan danışmışlar.




Просмотрено: 6401