Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2013" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində, Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsi ərazisində 110 ədəd, ümumi çəkisi 330 kiloqramdan artıq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.