Narkotiklərlə mübarizə sahəsində 2013-cü ilin doqquz ayı ərzində görülən işlərin nəticələri ümumiləşdirilmişdir

       2013-cü ilin doqquz ayı (yanvar-sentyabr) ərzində ölkə üzrə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə sahəsində həyata keçirilmiş tədbirlərin vəziyyəti İşçi Qrupunda ümumiləşdirilmişdir.

     Belə ki,  cari ilin ötən 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2302 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi  843 kq 389,435 qr müxtəlif növ narkotik vasitələr götürülmüşdür. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  402 kq 046,651 qr-ı  marixuana, 158 kq 635,924 qr-ı  həşiş,  136 kq 058,386 qr-ı tiryək, 97 kq 417,749 qr-ı heroin,    49 kq 230,725 qr digərləri, əlavə olaraq 4800 diazepam həbi təşkil etmişdir. Ümumilikdə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 47,6 fazini marixuana,  18,7 faizini həşiş, 16,2 fazini tiryək,  14,4 fazini heroin, və 5,8 faizini psixotrop maddələr, prekursorlar və digərləri təşkil edir.

     Həmçinin ölkədə “XAŞ-XAŞ-2013” şərti ad altında  həyata keçirilən tədbirlər  nəticəsində  qəsdən əkilib becərilən və   yabanı halda bitmiş  295 ton 784 kq-dan artıq  narkotik  tərkibli bitkilər yaşıl kütlə halında  aşkar olunaraq  məhv edilmişdir.

  Cinayət məsuliyyətinə cəlb edilən 1794 nəfərdən 37 nəfəri xarici ölkə vətəndaşları olmuşdur (25-i İran İslam Respublikası, 8-i Rusiya Federasiyası, 2-i Gürcüstan, 1-i Türkiyyə və 1-i Ukranya vətəndaşlarıdır).

     2013-cü il 25 iyun tarixdə  Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə məhkəmələrin qanuni qüvvəsinə minmiş 157 hökmləri üzrə müsadirə olunan 375   kq-dan artıq narkotik vasitə, psixotrop maddə və prekursorlar yandırma yolu ilə məhv olunmuşdur.

     Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 4171 nəfər rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 4027 nəfəri (96,7%) Azərbaycan vətəndaşı, 144 nəfəri (3,3%) isə əcnəbidir. İİV-ə yoluxmuş insanların 3263-ü (78,2%) kişi, 908-i (21,8%) qadındır.

    İİV-ə yoluxması təsdiq olunmuş 4171 nəfərdən 2367-də (56,7%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir, onlardan 1728 nəfəri (73,4%) dispanser qeydiyyatındadır.




Просмотрено: 1388