Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Sabunçu rayon İcra Hakimiyyəti ilə birlikdə 05 mart 2014-cü il tarixdə Sabunçu rayon İcra Hakimiyyətinin akt zalında “Narkomanlığa qarşı mübarizədə səhiyyə mütəxəssislərinin rolu” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Füdumə Hüseynova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbər müavini Vasif Quliyev, Sabunçu rayon İcra Hakimiyyətinin birinici müavini Şakir Alıyev, Səhiyyə Nazirliyinin mütəxəssisləri, rayonun müəssisə və digər təşkilatlarının nümayəndələri iştirak edərək mövzu ətrafında cıxış etmişlər.
Tədbirin sonunda Dövlət Komissiyası işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları yeniyetmə-gənclərə paylanılmışdır.