19 aprel 2014-cü il tarixdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Masallı rayon İcra Hakimiyyəti ilə birlikdə Masallı rayon Gənclər Mərkəzində “Narkotiksiz Dünya Quraq” mövzusunda konfrans keçirmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbər müavini Vasif Quliyev, Masallı rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Nadir Əbiyev, rayonun Təhsil, Polis, Prokurorluq, Vetiranlar şurası və digər müəssisə,təşkilatların nümayəndələri iştirak edərək mövzu ətrafında cıxış etmişlər.
Tədbirin sonunda Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları yeniyetmə-gənclərə paylanılmışdır.