Ağdaş və Göyçay rayonlarında “Maariflən və sağlam yaşa!” adlı maarifləndirici tədbirlər keçirilmişdir.

    Əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu işləri davam etdirmək məqsədi ilə “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Ağdaş şəhərində yerləşən M.İsayev adına tam orta məktəbdə və 1 nömrəli tam orta məktəbdə, Göyçay şəhərində yerləşən Nizami adına 7 nömrəli tam orta məktəbdə və Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbdə “Maariflən və sağlam yaşa!” adlı tədbirlər keçirmişdir.

    Tədbirlərdə çıxış edənlər narkomaniya, QİÇS və s. kimi təhlükəli xəstəliklər barədə geniş məlumat vermiş, gələcəyimiz olan gənclərin belə bəlalardan uzaq olması üçün maarifləndirici məlumatların onlara tez-tez çatdırılması, əyani vəsaitlərin paylanılmasının zəruriliyi vurğulanmışdır. 

  Sonda Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ilə “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən hazırlanmış üzəri yazılmış köynəklər şagirdlərə paylanılmışdır.

   Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Ağdaş və Göyçay rayonlarının İcra Hakimiyyətlərinin, Təhsil və Gənclər və İdman idarələrinin, “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin nümayəndələri, həmçinin adı çəkilən məktəblərin çoxsaylı şagird və müəllim kollektivi iştirak etmişdir. 




Просмотрено: 1106