2014-cü ilin 5 ayı ərzində ölkə üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumat.

   Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə  dair  2013-2018-ci illər üçün Dövlət Proqramı”nın  icrası ilə bağlı 2014-cü ilin 5 ayı ərzində aidiyyəti qurumlar tərfəindən  narkotik  vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı bir sıra tədbirlər həyata keçrilmişdir.

   2014-cü ilin müvafiq dövr ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1527 fakt aşkar edilmişdir ki, onlardan 388 satış, 1087 saxlama, 45 əkin, 7 digərləri təşkil etmişdir. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi  473 kq  160, 757  qr müxtəlif növ narkotik vasitələr müsadirə olunmuşdur.    

 Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının    473  kq 160,757 qr müxtəlif növ narkotik vasitələr (90  kq 014,797 qr həşiş, 64 kq 574,1 qr heroin, 126 kq 166,583 qr tiryək, 191 kq 071,465 qr marixuana, 2 kq 113,612 qr digərləri) qanunsuz dövriyyədən çıxarılmışdır. Cinayət məsuliyyətinə cəlb edilmiş 19 nəfər xarici ölkə vətəndaşlarından  44 kq 447,229 qr narkotik vasitələr, 2 kq 113,612 qr digərləri olmuşdur. Həmçinin, Xaş-Xaş 2014 şərti adı altında keçirilən əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində 18 ton 812 kq 732 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilmişdir.

   Cinayət məsuliyyətinə cəlb edilmiş 18 nəfər Xarici ölkə vətəndaşlarından  44 kq 447,229 qr narkotik vasitələr, 2 kq 113,612 qr digərləri  olmuşdur.

    Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 31.12.2013-cü il tarixə olan məlumatına əsasən Mərkəzdə 28.376 (2012-ci ildə 27.910) nəfər qeydiyyatda olmuşdur ki, onlardan 22.533 nəfəri dispanser, 5.843 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 539 nəfəri qadın, 130 nəfəri toksikoman, 20.004 nəfəri (393 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2013-cü ildə 1.509 nəfər yeni qeydiyyata götürülmüş, 1.049 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

   Bundan əlavə, 2014-cü ilin 5 ayı ərzində Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlanılması təmin olunmuş, 990 nəfər  yoxlamadan keçmişdir. Onlardan 528 nəfərinin məcburi müalicəyə ehtiyacı olduğu müəyyən edilmişdir.

   Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin 2014-cü ilin 5 ayı ərzinə olan məlumatına əsasən  Azərbaycan vətəndaşları arasında İİV-ə yoluxma halları  25,5 %, ümumilikdə isə 1992-01.06.2014-cü il tarixədək yoluxma hallarının  55,1%  inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Eyni zamanda ölkədə İİV-ə yoluxmuş insanların sayının artmasına baxmayaraq, son 5 il ərzində narkomanların İİV-ə yeni yoluxma hadisələrinin sayında stabilləşmə müşahidə olunur. 2014-cü ilin müvafiq dövrü ərzində narkomaniyaya düçar olmuş insanların qanının İİV-ə müayinəsi nəticəsində, onlardan 64 İİV-infeksiyasına yoluxma faktı təsdiq olunmuşdur.

  01.06.2014-cü il tarixinə ümumilikdə 2040 nəfər İİV/QİÇS-li xəstə ARV- terapiyaya cəlb edilmişdir ki, onlardan 269 nəfəri 2014-cü il ərzində olmuşdur. Yeni cəlb olunanlardan 82 nəfəri İNİ-dirlər. ARV-terapiyaya ümumi cəlb olunan 2040 nəfərdən 1103 nəfəri İNİ-dir və onlardan da 449 nəfəri penitensiar sistemində ARV-terapiyaya qoşulmuşlar.




Просмотрено: 1230