2014-cü ilin 9 ayı ərzində ölkə üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumat.

  2014-cü ilin 9 ayı ərzində ölkədə  narkotik  vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.

   Belə ki, cari ilin ötən dövrü ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2680 fakt aşkar edilmişdir ki,  onlardan 732 satış, 1742 saxlama, 194 əkin, 12 digərləri təşkil etmişdir. Aşkar edilmiş  faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 45 kq 455  qr müxtəlif növ narkotik vasitələr müsadirə olunmuşdur.    

  Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 113 kq 846,49 qr həşiş (11%), 280 kq 055,702 qr heroin (27%), 210 kq 081,15 qr tiryək (20%), 414 kq 625,787  qr marixuana (40%), 24 kq 958,97 qr digərləri (3%), 2 kq 016,654 qr psixotrop maddə 0,1 qr prekusor  və 20 qr amfetamin təşkil etmişdir.

  Həmçinin “Xaş-Xaş” 2014 şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib becərilən və yabanı halda bitmiş 212 ton 489 kq 059 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilmişdir.  

  Cinayət məsuliyyətinə cəlb edilən 1878 nəfərdən 47 nəfəri xarici ölkə vətəndaşları olmuşdur ki, onlardan 276 kq artıq müxtəlif növ narkotik vasitələr götürülmüşdür. Əcnəbilərdən 21-i İran İslam, 16-sı Gürcüstan, 7-i Rusiya Federasiyası, 2-i Türkiyə, 1-i  isə Litva Respublikasının vətəndaşı olmuşdur. 




Просмотрено: 1118