Rəşid Behbudov adına Mahnı Teatrında “Narkomaniya bəşəriyyətin bəlasıdır” devizi altında “Bəla” tamaşası nümayiş olunmuşdur.

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” nın  müvafiq bəndlərinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar yeniyetmə və gənclər arasında təbliğat və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə “Narkomaniya bəşəriyyətin bəlasıdır” devizi altında Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Bəla” tamaşası nümayiş olunmuşdur.

 Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər Baş İdarəsinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və aidiyyəti strukturların nümayəndələri, çoxsaylı müəllimər və şagirdlər iştirak etmişlər.

 Tədbir çərçivəsində Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış  əyani vəsaitlər (bukletlər, “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və s.) iştirakçılara paylanılmışdır.




Просмотрено: 1119