Dövlət Komissiyasının işçi qrupu Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirmişdir.

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın  müvafiq bəndlərinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Xırdalan şəhəri Heydər Əliyev Mərkəzinin akt zalında 15 dekabr 2014-cü il tarixdə “Narkomanlığa qarşı mübarizə sağlam həyat deməkdir” mövzusunda tədbir  keçirilmişdir.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşları, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, rayon Komissiya üzvləri və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.

 Tədbir Azərbaycan Dövlət Televiziyası və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmış və bununla yanaşı Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış  əyani vəsaitlər (bukletlər, “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və s.) iştirakçılara paylanılmışdır.




Просмотрено: 1134