Narkomaniyaya qarşı mübarizə, erkən nikah və dini radikalizm istiqamətində “Sağlam təfəkkür-sağlam gələcək” mövzusunda tədbir keçirilmişdir.

  15 aprel 2015-ci il tarixində saat 11:00-da Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizə, erkən nikah və dini radikalizm istiqamətində “Sağlam təfəkkür-sağlam gələcək” mövzusunda tədbir keçirilmişdir.

  Gənclər Evində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı, Narkomanlığa  və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin əməkdaşları, rayon komissiya üzvləri və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.

 Tədbir Azərbaycan Dövlət Televiziyası və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmış, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış  əyani vəsaitlər (“Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya. Sakit ölümdür” adlı bukletlər və xəbərdarlıq vərəqələri) iştirakçılara paylanılmışdır.




Просмотрено: 1284