Ağstafa-Poylu ərazisində 85 kiloqramdan artıq çətənə bitkisi məhv edilmişdir.

  Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində 11 iyun 2015-ci il tarixdə Ağstafa-Poylu mənzilinin 82 km, PK-1, ZV 2-də hərəkət istiqaməti üzrə dəmir yolu relsinin 5-də 1 sot sahədə 127 ədəd, ümumi çəkisi 85 kq olan  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Просмотрено: 1201