Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq tapşırığına uyğun olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası və o cümlədən “26 iyun - BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar görülən işlərin davamı olaraq narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin təsirliliyini artırmaq məqsədilə 2015-ci ilin 25-26 iyun tarixlərində “Narkomaniyaya birlikdə yox deyək” adlı xüsusi loqo Bakı şəhəri üzrə intelektual məlumat informasiya tablolarında nümayiş olunmuşdur.